ABŞ-a qarşı sanksiya layihəsinin müəllifi: “Onların ağlı olsaydı, “Sancaq” adında səhifə yaradıb...”
“Azərbaycanda keçirilən seçkilər ABŞ-dakı seçkilərdən daha şəffaf və demokratik təşkil olunur”. Bu fikirləri Ölkə.Az-a açıqlamasında “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qərar layihəsinin müəllifi olan millət vəkili Rövşən Rzayev noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, Azərbaycanda seçkilər daha uğurlu keçir. R.Rzayev ABŞ-da keçirilən seçkilərdə müşahidə aparmaq istəyinin də olduğunu söyləyib: “Çox istərdim ki, ABŞ-da seçkiləri müşahidə edim. Siyasətlə maraqlanan adam kimi ABŞ-ın seçki prosesini daha yaxından öyrənmək mənim üçün maraqlıdır. Digər tərəfdən isə ABŞ-da seçki prosesi fərqlidir. Burada seçkilərin nə qədər ədalətli və demokratik təşkil olunmasına Amerika xalqı özü qiymət verir. İndi Barak Obamanın prezidentliyə namizəd Donald Tramp haqqında söylədiyi mənfi fikirlər başa düşüləndir. Çünki Barak Obama özünün də təmsil olunduğu Demokratlar Partiyasından olan namizədi Hillari Klintonu dəstəkləyir. Yəqin ki, ABŞ-da Hillari Klinton da qalib gələcək. R.Rzayev müəllifi olduğu “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qərar layihəsinin sosial şəbəkələrdə birmənalı qarşılanmamasına da münasibət bildirib: “Hər bir adamın öz şəxsi fikri və mövqeyi ola bilər. Mən bütün fikirlərə hörmətlə yanaşıram. Ancaq mənim bu layihə ilə bağlı çıxış etməyimin səbəbi azərbaycançılıq ideyalarına xidmət etməyimlə bağlıdır. Mənim üçün ABŞ və ya Rusiyanın dünyanın aparıcı dövlət olmasının heç bir fərqi yoxdur. Əgər hər hansı dövlətdən Azərbaycana qarşı ədalətsiz mövqe səslənərsə, mən öz mövqeyimi ifadə edəcəm. Azərbaycan mənim üçün həddindən artıq böyük, güclü və qüdrətli dövlətdir. Azərbaycan hər birimizin Vətənidir. Ona görə də Vətənimizin müstəqilliyi və inkişafı uğrunda kim nə işi bacarırsa, mübarizəsini davam etdirməlidir. İndi də hər kəs öz bacardığı qədər bu işləri görür. Bundan sonra da Azərbaycanın ərazi bütövlüyünə qarşı və Dağlıq Qarabağla bağlı hər hansı ədalətsiz mövqe sərgiləyən siyasi şəxslər olacaqsa, mən də hər zaman onlara qarşı öz mövqeyimi səsləndirəcəm. Kimin nə deməsindəna sılı olmayaraq, mən bunu edəcəm. “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qərar layihəsi də sırf mənim mövqeyim idi və onu Milli Məclisdə səsləndirmişəm. Millət vəkili kimi mənim bunu etməyə imkanım olduğu üçün etmişəm. Ümumiyyətlə, mən atdığım addımı ölçüb biçirəm, sonra qərarımı verirəm”. ABŞ-ı tənqid etdiyinə görə sosial şəbəkələrdə əleyhinə çıxışların olmasına toxunan R.Rzayev buna görə bloger Mehman Hüseynovun yaratdığı “SANCAQ Production” səhifəsini tənqid edib:
Donald Trampla bağlı isə müxtəlif fikirlər söylənilir. Ancaq ən yaxşı qiyməti noyabrın 8-dən sonra vermək olacaq. Düşünürəm ki, vaxtı çatanda ABŞ-da seçkilərin necə təşkil olunduğu daha aydın görünəcək”.
“Ola bilər ki, kimlərsə mənim bu mövqeyimlə razı deyil. Ancaq bu onların şəxsi mövqeyidir. Əgər onların ağılı və düşüncələri Vətənlə bağlı olsaydı, “Sancaq” adında səhifə yaradıb Azərbaycana qarşı qarayaxma kampaniyası aparmazdılar. Əksinə, Azərbaycan dövlətinin və xalqının mənafeyini qoruyan mətbu orqan yaradardılar. Biz daxili mübarizələrin nəticələrini 1991-1993-cü illərdə gördük. Ona görə də hər bir azərbaycanlı Azərbaycanda qurulan bu cür sabitlik və əmin-amanlığın qorunması üçün çalışmalıdır”.