Ramiz Mehdiyev Minsk qrupunu tənqid etdi: Vasitəçilik fəaliyyəti lazımi nəticə verməyib

ramiz1

“2016-ci il aprel hadisələrindən sonra Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin, çox təhlükəli vəziyyətdə əhəmiyyətli dəyişikliklər olmayıb”.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsində bildirilir.

Müəllif qeyd edib ki, nə iki ölkə prezidentlərinin görüşləri, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verib.

“Qarabağ probleminin həllində, danışıqların bərpasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edir. Lakin hələlik heç kim söz verə bilməz ki, Dağlıq Qarabağdakı atəşkəs rejimi gələcəkdə ədalətli sülhlə nəticələnəcək. Axı əslində müharibə nə cəbhədə, nə diplomatik, nə də media məkanında bitib. Kimlər üçünsə Dağlıq Qarabağ uğrunda münaqişə biznes kimi, çirkin biznes və çirkin siyasət yürütmək baxımından sərf edir”- deyə,məqalədə vurğulanıb.






Fikirlər