ABŞ-dan İrəvana ÇAĞIRIŞ: “Qarabağı qaytarın, YOXSA...”

ABŞ-dan İrəvana ÇAĞIRIŞ: “Qarabağı qaytarın, yoxsa...”

“Status-kvonun saxlanılması həqiqətdə sülhə aparmır”.

 Bu barədə ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qeyri-stabildir və müharibə təhlükəsini artırır: “Lakin status-kvonun dəyişməsi regionda sülhü bərqərar edəcək, həmçinin, Ermənistana yeni imkanlar verəcək, iqtisadi artıma səbəb olacaq”.
C.Uorlik qeyd edib ki, mnaqişənin nizama salınması çox amillərdən ibarətdir: “Lakin bunlara bütöv yanaşmaq lazımdır. Hər iki ölkənin prezidenti xalqları sülhə hazırlamalıdır. Bunu anlamaq lazımdır ki, Dağlıq Qarabağın status məsələsini müzakirə etməklə yanaşı, ərazilərin Azərbaycana qaytarılması da müzakirə olunmalıdır”.






Fikirlər