`7 rayon Azәrbaycana qaytarılmalıdır` - CEYMS UORLİK

“Mәn daha әvvәl Karnegi Fondunda çıxışım zamanı da bildirmişdim ki, hәrtәrəfli hәllin bir hissәsi kimi Dağlıq Qarabağ әtrafındakı 7 rayon Azәrbaycanın nәzarәtinә qaytarılmalıdır".

 Azərtaym.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan son səfərindən sonra Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılmasının gündəmə gəlməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

C. Uorlik bildirib ki, hәllin digәr vacib elementi Dağlıq Qarabağın statusunun müәyyәnlәşdirilməsi olacaq.

"Bu elementlәri özündә birlәşdirәn hәllә çatmaq üçün siyasi iradә tapmaq prezidentlәr üçün çox vacibdir”, - deyə C. Uorlik vurğulayıb.






Fikirlər