Bununla millətin belini qırırıq - Millət VƏKİLİ
Bir neçə gündür ki, mətbuatda Azərbaycan hökumətinin hesabatı ilə bağlı ürək bulandıran məlumatlar yayılır. Dedilər ki, guya, bu, Baş nazir Artur Rasizadənin sonuncu hesabatıdır və hesabatdan sonra o, istefaya gedəcək. Ancaq bu cür xəbərləri yaymaq doğru hərəkət deyil. AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı yəhudi əsilli deputat, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Yevda Abramov bildirib. Y.Abramov deyib ki, Azərbaycan xalqı öz prezidentini, baş nazirini, spikerini sevir: “Buna görə də baş nazirlə bağlı yayılan məlumatlar düzgün deyil. İsrailin “buldozer” ləqəbli bir baş naziri var idi. Allah ona qəni-qəni rəhmət eləsin! Artur müəllim də onun torpağı sanı yaşasın!” YAP-çı deputat qeyd edib ki, Azərbaycan hökumətinin 2016-cı ilin fəaliyyətinə dair hesabatı daha yaxşı hazırlana bilərdi: “Mən yenə də başıbatmış xarici valyuta ilə bağlı danışacağam. Bu yaxınlarda Qubaya getmişdim. Orada dollar alveri edənlər var idi. Yalandan dedim ki, 1000 dollarım var, bunu dəyişmək istəyirəm. Mənə dedilər ki, 1 manat 70 qəpikdən ala bilərik. Amma satışı çox bahadır. Görün nə qədər fərq var? Ay Samir müəllim (Samir Şərifov – müəllif), Elman müəllim (Elman Rüstəmov – müəllif), biz başa düşməliyik ki, maliyyə problemləri var”.