Deputat da, Spiker DƏ ASİM MOLLAZADƏ İLƏ RAZILAŞMADI

Milli Məclisin bugünkü iclasında Mənzil Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub.

 Müzakirı zamanı deputat Asim Mollazadə yaşayş mənzillərinin hostel və otel kimi istifadə edilməsinin əleyhinə olduğunu bildirib: 
"Bu dünya praktikasına ziddir. Biz bununla vətəndaşların hüquqlarını kobud sürətdə pozmuş oluruq. Çünki bununla vətəndaşların rahat yaşayış tərzinə mane oluruq. Dünyada belə bir prakatika yoxdur. Bu məsələyə yenidən baxmaq lazımdır”.
Millət vəkili Hadı Rəcəbli həmkarının sözlərinə reaksiya verib: 
"Asim müəllim sizin dedikləriniz səhvdir. Dünyada yetərincə belə faktlar var. Hətta Avropa ölkələrində evlər və mənzillərin otel kimi istifadə edilməsi praktikası var. Hesab edirəm ki, Azərbaycanda da belə bir praktikanın tətbiq edilməsi turizmin inkişafına təkan verməklə yanaşı bürokratik əngəlləri də aradan qaldaracaq. Eyni zamanda vətəndaşların rifah halının yaxşılaşmasına təsir edəcək”.
Spiker Oqtay Əsədov da H.Rəcəblinin fikrini dəstəkləyib. O qeyd edib ki, Türkiyədə 35- 40 min əhalisi olan şəhərlərdə 10-15 min çarpayılıq otellər olur: " Ancaq ayda 100 minlərlə insan bu şəhərlərdə istirahət edir, Əgər mənzil turizmi olmazsa, bunu heç cür qarşılamaq olmaz”.
Qanun layihəsinə təklif edilən dəyişiklik səsə qoyularaq qəbul edilib.
AzerTaym.az

 






Fikirlər