“Onları yaxından izləyirəm” – ƏRDOGAN
“FETÖ şəbəkəsi ilə bağlı məhkəmə çəkişmələrini yaxından izləyirəm”. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan polis heyəti ilə görüşü zamanı deyib. “Millətimiz, xüsusilə şəhidlərin yaxınları və qazilərimiz rahat olsunlar. Prosesləri yaxından izləyirəm. Müşavirlərimiz bütün məhkəmə proseslərindən xəbərdardır. Ankara və İstanbuldan hesabatlar təqdim edilir. Məhkəmələrdə etdikləri əxlaqsızlıqların onlara heç bir faydası olmayacaq”, – prezident bildirib.