Prezidentlərin təxirə salınan görüşü Aşqabadda baş TUTACAQ
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bu ilin sonuna kimi Aşqabadda üçtərəfli görüş keçirəcəklər. “Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun görüşündən əvvəl üç ölkənin energetika və xarici işlər nazirlərinin görüşləri baş tutacaq. Nazirlər dövlət başçılarının sammitində müzakirə olunacaq sənədləri və digər məsələləri geniş formada nəzərdən keçirəcəklər. Xatırladaq ki, üç liderlərinin görüşü 2016-cı oktyabrında keçirilməsi nəzərdə tutulurdu, lakin sonradan bu görüş ləğv olunub. Daha sonra görüşün Türkiyədə keçirilməsi gözlənilirdi, lakin iyul ayında bu ölkədə dövlət çevrilişi cəhdi səbəbindən təxirə salınıb.