Türkmən lider: “Kürdüstanın qurulmasına razıyıq, AMMA bir ŞƏRTLƏ...”

Türkmən lider: “Kürdüstanın qurulmasına razıyıq, amma bir şərtlə...”

“Kürdlərin birgə yaşamağa ciddi bir niyyəti varsa, türkmənlərlə razılaşmalıdır”.

Ovqat.com xəbər verir ki, İraq Türkmən Cəbhəsinin sədri Ərşad Salehi “Rûdaw”-a açıqlamasında belə deyib.
Şimali İraqda 25 sentyabrda keçirilməsi gözlənilən müstəqillik referendumla bağlı mövqeyini dilə gətirəm Salehi jurnalistin “İraq Türkmən Cəbhəsi, Kürdüstan və İraq variantları arasından hansını seçər?" sualına cavab verərkən, bu seçimin əldə ediləcək dividentlə əlaqədar olacağını gizlətməyib:
"Bu seçki əldə edəcəyimiz qazanca bağlıdır. Həmçinin, hansı tərəfin türkmənlərin tale və gələcəyinə zəmanət verəcəyindən asılıdır. Biz kürdlərdən çox şey tələb etmirik. Biz hər şeydə ortaq olmalıyıq. Əgər bu birgə yaşayış məsələsində ciddi bir niyyət varsa, buyurun, Məndəlidən Zahoya qədər hər şeydə razılaşaq”.
Şimali İraq muxtariyyətinin türkmənlərin tələblərini yerinə yetirmədiyi halda, ondan bir yerdə olmağı gözləməsinin absurd olduğu vurğulayan Salehinin fikrincə, ortaq coğrafiyada yaşadıqlarına görə hər iki topluluq haqq və azadlıqlardan faydalanmaqda da bərabər fürsətə malik olmalıdır:
“Kürdlər mərkəzi hökumətdən aldığı bu qədər haqq və azadlıqlara baxmayaraq, hələ də məmnun deyillər və gerçək ortaq olmağı tələb edirlər. Türkmənlər də eynilə Kürdüstan layihəsində heç bir azadlığı olmadığı üçün özünü gerçək müttəfiq olaraq görmürlər, o zaman niyə bunu qəbul etsinlər? "






Fikirlər