Azərbaycanlıların da yer aldığı dünyanı silkələyən ÖLÜM BATALYONU: ŞOK FAKTLAR - FOTO

Azərbaycanlıların da yer aldığı dünyanı silkələyən ÖLÜM BATALYONU: ŞOK FAKTLAR 

SS-nin Şərq-Türk birləşməsində ayrı-ayrı vaxtlarda ümumilikdə 8 mindən çox islam xalqlarının nümayəndələri mübarizə aparırdı: özbəklərdən, qazaxlardan, türkmənlərdən, azərbaycanlılardan ibarət ordunu faşistlərin aparıcı qüvvəsi də saymaq olardı.

SS şefi reyxsfürer Henrix Himmler müsəlman bölmələrinə özü himayədarlıq edirdi, çünki hesab edirdi ki, İslam öz hərbi ideologiyasına xas olan bir dindir. O bildirirdi ki, İslam dininin öz “Schutzstaffel”i (SS qısaldılması bu sözdən alınıb və "mühafizə dəstəsi" fikrini ifadə edir) var.

Publika.az düşmənlərinə qarşı şəfqətsiz davranış, kor-koranə itaət və hər cür fədakarlığa hazır olan bu dəstə haqda qısa arayışı oxuculara təqdim edir:

SS-ə islam batalyonundan lazım olan da məhz bu idi - kor-koranə itaət və hər cür fədakarlığa hazır olmaq. Qüdsün müftisinin dəstəyilə ilk Şərq-Türk alayı 1943-ci ilin noyabrında formalaşdırılıb və Himmler onun ilk komandanlığını general-mayor Andreas Meyer-Maderə həvalə edib.

Tezliklə yaradılmış bölmələrin dini lideri Qüds müftisi Əmin əl-Hüseyni olur. 1 il sonra alay Qərbi Belarus istiqamətinə göndərilir və onun komandiri oradakı döyüşlərin birində itkin düşür.

Versiyalardan birinə görə, onu partizanlar öldürüblər. Alayda nizam-intizam aşağı düşür, buna görə də, hətta bölmənin yeni komandiri Billiq təxminən 80 itaətsizi güllələmək qərarına gəlsə də, bu, vəziyyəti düzəltmək üçün yetərli olmayıb.

Himmler yeni komandirin hərəkətlərindən narazı qalır və onu dəyişir. Varşava üsyanının yatırılmasından sonra alay digər SS briqadasına - "Dirlevanger"ə birləşdirilir. Bu alay təxminən 200 min dinc polşalının vəhşicəsinə öldürülməsində iştirak edib.

Himmler həmçinin fikirləşir ki, əgər o, tabeçiliyində olan islam ordusundan ibarət SS briqadasına müsəlman rəis təyin edərsə, o zaman bölmənin döyüş ruhu möhkəmlənəcək. Amma avstriyalı olan Harun əl-Rəşid Bəy bu baxımdan heç nəyi dəyişdirə bilmədi. 1944-cü ildə Sloveniyada olarkən alay parçalanır və 450 nəfər döyüşçü yerli partizanlara qoşulur. Qəzəblənmiş Himmler Harun əl-Rəşid Bəyi də komandirlikdən uzaqlaşdırır.

Növbəti yenidənqurma baş verir. Alaydakı azərbaycanlıları SS-in digər bir qrupuna - Qafqaz qrupuna billəşdirirlər. Müharibənin qurtarmasına yaxın SS-nin Şərq-Türk birləşmələrinə Sloveniya və İtaliya sərhədlərində rast gəlinirdi.

Müsəlmanlar yerli partizanlarla sona qədər vuruşmuş, Böyük Vətən müharibəsinin son günlərində İtaliyanın Lombardiya bölgəsində əsir düşürlər. Daha doğrusu, özləri təslim olurlar. Sovet İttifaqı onların içərisindən hansılarısa, demək olar ki, dərhal güllələyir, bəzilərini isə düşərgələrə yollayır.

Stalinin müsəlmanlara qarşı mövqeyi çox adama məlumdur, bu baxımdan onların çoxunu çöllərə - Qazaxıstan, Özbəkistan və Tacikistana sürgün etdi. Çeçenlər, inquşlar, balkarlar, azərbaycanlılar uzun illər əsir olaraq sürgün həyatı yaşadılar.

Krım tatarlarına isə xüsusi zərbə dəydi - onlar öz vətənlərinə yalnız 1990-cı ildə qayıtmağa nail ola bildilər, hərçənd, bundan xeyli əvvəl, beynəlxalq arenada öz hüquqlarını faktiki olaraq bərpa etmişdilər.






Fikirlər