Dünyaya qanudduran ən zalım liderlər - FOTOLAR
Tarix boyu müxtəlif zalım insanlar olub. Publika.az insanlığın tarix boyu gördüyü ən zalım adamları təqdim edir: 1. İosif Stalin İosif Stalin 1922-ci ildən ömrünün sonunadək Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi olub. Stalinin rəhbərliyi vaxtı Ukrayna aclıqdan (Qolodomor) əziyyət çəkmişdir və bu siyasət bir çoxları tərəfindən soyqırım aktı kimi qəbul olunur. Ölənlərin sayı 2.5 milyondan 10 milyona kimi dəyişir. Bundan əlavə Stalin əmr etmişdir ki, Sovet İttifaqı çərçivəsində dövlətin düşməni sayılan hər bir şəxs aradan qaldırılmalıdır. Ümumilikdə, Stalinin idarə həyətini tərəfindən qətlə yetirilənlərin sayı 10 milyondan 60 milyona kimi dəyişir. 2. Adolf Hitler Adolf Hitler 10 yanvar 1933 ildə Almaniyanın Kansleri vəzifəsinə təyin olmuş, 2 avqust 1934-cü ildə isə Prezident Gindenburqun vəfatından sonra Prezident və Kansler vəzifələrini birləşdirərək Almaniyada faşist diktatorluğunun əsasını qoymuşdur. O, 1945-ci ilə kimi Alamaniyanın “Füreri” olmuşdur. Hitlerin İkinci Dünya müharibəsi zamanı yürütdüyü ərazi işğalı və irqi tabeçilik siyasəti nəticəsində on milyonlarla insan, 6 milyona yaxın Yəhudi Holokost kimi tanınan soyqırım nəticəsində qətlə yetirilmişdir. O, 30 aprel 1945-ci ildə siçanlı kapsulu dişləyib, özünü güllələyərək intihar etmişdir. 3. Henrix Himmler Henrix Himmler tarixin ən kütləvi qırğını hesab olunan Holokostun memarıdır. Əgər o olmasaydı, Holokost da olmazdı. O, Skandinaviya xarici görünüşlü, mükəmməl Ari irqi nəslini yetişdirmək istəyirdi. Onun irq saflığı barədə çox geniş planları var idi. Himmler müharibədən sonra əsir düşür. O qərblə uğursuz danışıqlar aparır və cinayət üzrə həbs olunması onu şok edir. O, bir müddətdən sonra siçanlı kapsul udaraq intihar edir. 4. Pol Pot Pol Pot 1976-1979-cu illərdə Kambocanın Baş Naziri və Qırmızı Kxmerlərin lideri olmuşdur. Pol Pot aqrar kommunizmin ekstrimal versiyasını tətbiq etmiş və bunun üçün bütün şəhər sakinlərini kəndə köçürərək kollektiv təsərrüfatlarda işləmələrini, əmək lahiyələrini həyata keçirmələrini məcbur etmişdir. Qul əməyi, edamlar, zəif tibbi yardım və digər faktorların təsiri nəticəsində təxminən 2 milyon Kambocalı (əhalinin üçdə bir hissəsi) qətlə yetirilmişdir. Onun rejimi ziyalıların və digər “burjua düşmənlərin” qətlinə görə xüsusi məşhurluq əldə etmişdir. Qırmızı Kxmerlər Qətl Sahələri kimi tanınan obyektlərdə kütləvi edamlar törədirdilər. Edam olunanlar kütləvi məzarlıqlarda dəfn olunublar. Döyüş sursatları az istifadə edilsin deyə edam vaxtı tez-tez çəkic, balta, bambuk çubuqlarından istifadə olunurdu. 5. Szyan Sin Jiangqing Szyan Sin Kommunist Çin Diktatoru Mao Tze-dun həyat yoldaşı idi. Ağıllı manevrlər vasitəsi ilə o, kommunist partiyasının daxilində hakimiyyətin ən yüksək mövqelərindən birinə nail ola bilmişdir. Belə hesab olunur ki, Çin Mədəni İnqilabının arxasındakı əsas hərəkətverici qüvvə məhz o olmuşdur. Mədəni İnqilab zamanı iqtisadi fəaliyyət dayandırılmış və saysız-hesabsız qədim binalar, eksponatlar, əntiq əşyalar, kitablar və tablolar Qırmızı Qvardiyaçılar tərəfindən dağıdılmışdır. Mədəni İnqilab 10 il ərzində, demək olar ki, təhsil sistemini dayandırmış və bir çox ziyalılar həbsxana düşərgələrinə göndərilmişdir. Çində Mədəni İnqilab zamanı milyonlarla insanın hüquqları pozulmuşdur. Milyonlar zorla didərgin düşmüşdür. Müxtəlif Qərb və Şərq mənbələrdən – dinc əhalini və Qırmızı Qvardiyaçılar – həlak olanların sayı 1966-1969-cu xaos illərində 500.000, amma bəzi hesablamalara görə, təqiblərə məruz qalan 36 milyon, həlak olanlar isə 3 milyon nəfərə çatır. 6. Oliver Kromvel İrlandiyanın Kromvelian birləşməsi – Üç Krallığın Müharibələri zamanı İngilis Parlamentinin qüvvələri tərəfindən Oliver Kromvelin rəhbərlik etdiyi ordunun İrlandiyanı istila etməsidir. Onun işğalçılıq (Katolik orqanları dəyişmək üçün) müharibəsində aclıq və xəstəlikdən 200.000 mülki şəxs həlak olub, 50 minə qədər İrlandiyalı qula çevrilmişdir. Cromwell İrlandiyanı işğal etməsini müasir Səlib Yürüşü kimi qəbul edirdi, çünki o, Katoliklərə kafir kimi baxırdı. Cromwellian qəsəbəsində törətdiyi acılar 17-ci əsrdən başlayaraq İrlandiya millətçiliyinin güc mənbəyi idi. O, 1658-ci ildə vəfat edib. O qədər nifrət qazanmışdı ki, o, 1661-ci ildə məzarından çıxarılıb və ölümündən sonra onun meyitini Tyburn-da zəncirdən asılır və daha sonra əzaları və qalıqları quyuya atılır, növbəti 24 il isə “Westminster Hall”da başı nümayiş etdirilir. 7. IV İvan Rusiyalı IV İvan, İvan Qroznı kimidə tanınan, 1533-dən 1547-dək Moskvanın Böyük Hersoqu və Çar titulunu öz üzərinə götürən Rusiyanın ilk hökmdarı olmuşdur. 1570-ci ildə İvan əqidə altında idi ki, Novqorod şəhərinin elitası Polşa tərəfinə keçməyi planlaşdırılır və onları dayandırmaq üçün İvanın rəhbərliyi altında ordu 2 Yanvar tarixində qaçan şəhər sakinlərinin qarşısını almaq məqsədi ilə şəhərin perimetri boyunca divarlar tikdirir. 500 və 1000 arası insan işgəncələrə məruz qalıb, ordu tərəfindən hər gün yığılıb və İvan ilə oğlunun gözü qarşısında qətlə yetirilmişdir. 1581-ci ildə İvan təvazökarlıqdan uzaq geyim geyindiyinə görə hamilə gəlinini döyür və bətnindəki uşaq ölür. Həmçinin, İvan, bunun xəbərini eşidən oğlu ilə qızğın mübahisə edir və nəticədə onu öldürməsi ilə nəticələnir. 8. Şir-i İshii İshii İkinci Sino – Yapon müharibəsi zamanı Yaponiyanın İmperator Ordusunun bioloji vahidi olan 731-ci hissənin mikrobioloqu və general-leytenantı idi. O, Tiba refekturasında, Sanbu rayonunun keçmiş Shibayama kəndində anadan olub və Kyoto İmperator Universitetində tibb təhsili almışdır. O, 1932-ci ildə Yapon hərbçiləri üçün sirrli layihə kimi bioloji müharibədə ilkin eksperimentlərə başlayıb. 1936-ci ildə 731 Blok formalaşıb. İshii, Çinin Xarbin şəhərindən kənarda 150-dən artıq, hər biri altı kvadrat kilometr olan nəhəng binalar kompleksi tikdirir. İshii və onun tabeliyində olan 731 saylı hərbi hissə tərəfindən törədilmiş çoxsaylı vəhşiliklərə daxil olanlar: məhbusları diri-diri yarırdılar, bədənlərinin digər hissələrini amputasiya edir, qanqreni öyrənmək üçün bədənlərinin bəzi hissələrini dondurur və digər tibbi eksperimentlər aparırdılar. Diri adamlardan qumbaranı və odsaçanları test etmək üçün istifadə edirdilər. Təmizlənməmiş zöhrəvi xəstəliklərin nəticələrinin öyrənilməsi üçün, kişi və qadın məhbuslar bilərəkdən zorlama vasitəsilə sifilis və gonoreya ilə yoluxdururdular. Bu dəhşətlərin tam siyahısı ilə bir çox məqlələrdə tanış ola bilərsiz. 9. İlze Koç Məhbuslara qarşı sadist qəddarlığına görə “Buxenvaldın əclafı” kimi tanınan İlze Koç, qeyri-insani hərəkətlərinə görə ondan geri qalmayan, SS-ə xidmət edən zalım faşist Karl Otto Kox ilə evli idi. O, çılpaq düşərgələrin ətrafında cazibədar hünərlərini göstərmək üçün əlində qırmaqla dolaşır və əgər hansı kişi ona baxsa onu yerindəcə güllələyib öldürürdü. İlzə Koça qarşı ən biabırçı ittiham da odur ki, o, maraqlı tatuirovkaları ilə seçilən məhbusları öldürür və onların dərilərindən evi üçün abajurlar istehsal edirdi. Təəssüf ki, bu abajurların heçbiri fakt kimi aşkar olunmayıb. Müharibədən sonra o, müxtəlif ittihamlarla həbs olunub və nəticədə 1967-ci ildə kamerada özünü asaraq öldürüb. 10. Delfina Lalaurie Lalaurie cinayət məsuliyyətinə cəlb olunmadan qaçır, elədikləri cəzasız qalır – onu daha heç vaxt tuta bilmirlər.