«Hitler 1971-ci il fevralın 3-də PARAQVAYDA dünyasının dəyişib» – Argentinalı tarixçi
“Hitlerin cənazəsi indi Asuncion şəhərəində yerləşən dəbdəbəli mehmanxananın yerindəki yeraltı bunkerdə yandırılıb” Hitler qocaldığı halda belə görünəcəkdi… Rəsmi bilgilərə görə faşizmin lideri Alolf Hitler 1945-ci ilin 30 mayında, Berlindəki Führerbunkerdə özünü güllələyərək intihar edib. Onun arvadı Eva Braun isə deyilənə görə Hitlerlə birlikdə sianid zəhəri içərək intihar edib. Bəs, bir gün eşitsəniz ki, Hitler intihar etməyib və uzun illər Cənubi Amerikada yaşayıb? Bu halda görəsən Eva Braunun taleyi necə olub? Görəsən doğurdanmı cütlük hər kəsin öldüklərinə inandığı halda, birlikdə xoşbəxtlik içində yaşayaraq Kolumbiya, Braziliya və Argentianda səyahət ediblər? Argentinalı tarixçi Abel Basti yazdığı son kitabı “Hitler sürgündə” (“El exilio de Hitler”), elə Hitlerin sağ qalması ehtimalı və başına gəlmiş hadisələrdən bəhs edir. Basti müsahibəsində deyir ki, Adolf Hitlerin 1945-ci ildə Almaniyadan qaçaraq Argentinaya getməsi və orda on il yaşaması ehtimalı olduqca böyükdür. Həmçinin 1955-ci ildə bir çox keçmiş nasistlər kimi Hitler də Paraqvaya gedib orda mənşəcə alman olan Alfredo Stroessnerin qoruması altında yaşaya bilərdi. Abel Basti öz kitabında Stroessner dövründə Hitler və digər yüksək vəzifəli nasist rəsmilərinin Paraqvayda yaşamış olması haqda sənədləri sübut kimi göstərir. Bastinin sözlərinə görə Hitler 1971-ci il fevral ayının 3-də Paraqvayda dünyasının dəyişib. “Bütün bu illər uzunu ona yardım etmiş varlı ailə öləndə onun dəfnini də boynuna götürür. Hitlerin cənazəsi indi Asuncion şəhərəində yerləşən dəbdəbəli mehmanxananın yerindəki yeraltı bunkerdə yandırılıb. 1973-cü ildə bunkerin qapıları möhürlənib və 40-a yaxın adam oraya Hitlerlə vidalaşmağa gəlib. Dəfndə iştirak edənlərdən biri də braziliyalı hərbçi Fernando Nogueira de Araujo olub və o sonradan dəfn mərasimi ilə əlaqədər qəzetə açıqlama da verib” – deyə tarixçi bildirir. Basti iddia edir ki, sovetlər Hitlerin bunkerini ələ keçirərkən orda Hitlerin yerinə ayrı adamın cəsədi də ola bilərdi, çünki nasizmin lideri bunkerindən Temelhof hava limanına doğru gedən tunellə qaçmaq imkanında idi, hava limanında onu helikopteri gözləyirdi. Bunun ardınca o təyyarə ilə İspaniyaya, ordansa Kanar adalarına, ardıyca Hitler sualtı qayıqla Argentinaya yollanıb. “ABŞ-da belə bir razılaşma vardı ki, Hitlerin Sovet İttifaqının əlinə düşməsindənsə qaçıb getməsinə imkan yaradılsın. Bu qərarə Sovet rejiminə qarşı olan bir çox alimlər, hərbçilər və xəfiyyələt də dəstəkləyirdi” – deyə tarixçi fikrini tamamlayır. (Azadlıq.org)