İŞİD Roma Papasına sui-QƏSD PLANLAŞDIRIR
"İslam dövləti"nin terrorçuları Roma Papasını özlərinin növbəti hədəfi adlandırıblar. Virtualaz.org Daily News-a istinadən bildirir ki, bunu Vatikanın dövlət katibi Petro Parolin deyib. O həmçinin bildirib ki, qruplaşma tərəfdarlarının Telegram kanalında uyğun video yayımlanıb, harada ki, terrorçular İtaliyanı terror aktları ilə hədələyiblər. Bununla belə, Müqəddəs Taxtın dövlət katibi onu da vurğulayıb ki, Vatikanda təhlükəsizliyin səviyyəsi son dərəcə yüksəkdir. Parolin həmçinin əlavə edib ki, Vatikan təhlükəsizlik tədbirlərini gücləndirməyib.