İŞİD Azərbaycanda terror aktları planlaşdırır – ŞOK HESABAT
“İŞİD azərbaycanlı və şimali qafqazlı üzvlərinə Türkiyə və Azərbaycanda terror aktları törətmək üçün təlimat verib”. Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.
Qəzet qeyd edir ki, Türkiyə təhlükəsizlik idarəsinin iyun ayında bölgələrə göndərdiyi yazılı tapşırıqda azərbaycanlı və Qafqaz əsilli İŞİD-çilərin terror hücumlarına hazırlaşdıqlarına dair xəbərdarlıq edilib.
“Milliyet” Türkiyə təhlükəsizlik idarəsinə istinadən xəbər verir ki, azərbaycanlı və şimali qafqazlı kamikadzelər Türkiyə və Azərbaycanda terror aktı törədəcəklər: “Terrorçular Azərbaycanda polislərə və onların ailələrinə hücum etməyi planlaşdırırlar. Türkiyədə isə hədəf ictimai binalar, hərbi və polis qurumları, həmçinin, kürd əsilli dövlət məmurları, jurnalistlər, hərbiçilər, kəşfiyyatçılar olduğu deyilir”.
Bununla yanaşı, qəzet Türkiyə və Avropa ölkələrində terror aktları törətməyi prioritet seçən İŞİD-in terrorçularını Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərməyi planlaşdırdığını qeyd edib.
Məlumata görə, İŞİD terror aktları törətmək üçün 25 nəfərlik kamikadze qrupu yaradıb.