Qələbə GÜNÜ Moskvada terror aktları planlaşdıran İŞİD-çilər tutuldu, BİRİ AZƏRBAYCANLIDIR

Rusiya xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində mayın 9-da, Qələbə Günü Moskvada seriya terror aktları həyata keçirməyi planlaşdıran İŞİD üzvləri yaxalanıb.

Rusiya mənbələrinə istinadən xəbər verir ki, əməliyyat mayın 4-də keçirilib, saxlanılanlardan çoxlu miqdarda silah-sursat, partlayıcılar götürülüb. Saxlanılanların sayı cəmi 12-dir.


Məlumata görə İŞİD üzvlərindən ibarət qrup Moskvada Qələbə Günü mərasimlərinə qatılaraq kütlə arasında atəş açmalı, qarşılarına keçəni öldürməli idi. Onların hədəfində həmçinin “Ölməz polk” olub. Terror aktlarını Qırmızı Meydanda, Ümumittifaq Xalq Təsərrüfatı Sərgisində (VDNX) , Arbatda və digər yerlərdə həyata keçirmək nəzərdə tutulurdu.

Həbs edilənlərin adları hələ açıqlanmır. Ancaq onlardan birinin Azərbaycandan getdiyi bildirilir. Həmin şəxs ifadəsində bildirib ki, ailəsi Azərbaycanda qalıb, özü Rusiyaya qazanc dalınca gedib. Lakin normal iş tapa bilməyib və bu zaman sosial şəbəkələrdə İŞİD təbliğatını aparan şəxslə tanış olaraq bu terror qruplaşmasının sıralarına daxil olub. Həmin şəxsin bildirdiyinə görə, İŞİD ona terror aktlarını həyata keçirmək üçün əvvəlcədən nəzərdə tutulan pulun bir hissəsini verib. Azərbaycanlı həmin pulla borclarını ödəyib.(virtualaz.org)






Fikirlər