Rıjkovun dil fahişəliyi!

Rıjkovun dil fahişəliyi!20 yanvar cəlladı ermənilərə aşiqliyini isbatladı.

"Dağlıq Qarabağ Ermənistanın ağrılı yeridir və Rusiya da buna görə həyəcan keçirir", - deyə Ermənistan - Rusiya parlament komissiyasının həmsədri Nikolay Rıjkov bildirib.

"Biz Dağlıq Qarabağı Avrasiya İttifaqının tərkibində görməyə həddindən şad olarıq, təkcə ATƏT-in Minsk qrupu tərəfindən bu diyarın statusunun müəyyən edilməsi lazımdır", - deyə o, İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Yada salaq ki, Sovet İttifaqının keçmiş baş naziri Nikolay Rıjkov 1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtının sakinlərinə divan tutulmasına və dinc insanların güllələnməsinə birbaşa rəhbərlik edib.

Məhz onun əmri ilə SSRİ ordusu Bakıya girərək burada talanlar törətdi. Rıjkovun özü bu barədə müəfəssəl olaraq "İzvestiya" qəzetinə danışıb və bu qanlı əməlini Bakıda konstitusiya quruluşunun bərpası adlandırıb. SSRİ Nazirlər Sovetinin sonuncu sədrinə çox yaxşı bəllidir ki, məhz bütün Azərbaycan üçün ağrılı nöqtəyə çevrilmiş Dağlıq Qarabağ üzündən Azərbaycanın yüz minlərlə sakini kəndlərin və şəhərlərin küçə və meydanlarına çıxmışdı, Kremlin bu münaqişədə birtərəfli mövqe tutmasına etiraz etmişdi.
Burda maraqlı bir məsələ var, görəsən, Nikolay Rıjkova bu gün bu cür gurultulu bəyanatlar səsləndlirməyə kim səlahiyyət verib? Öz əməlidir, yoxsa Rusiya rəhbərliyinin göstərişi ilə edir?







Fikirlər