Lalə Şövkət yenidən fəallaşır: Liberal Partiyada görüş keçirəcək - AÇIQLAMA

“Azərbaycan Liberal Partiyası öz işini davam etdirir. Lalə Şövkət hər gün partiyanın daxili işləri ilə maraqlanır. Lalə xanımın səhhəti də normaldır. Hər şey qaydasındadır. Ola bilsin ki, yaxın bir ay ərzində Lalə xanım partiya daxilində görüş keçirsin”. 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan partiyanın lideri Lalə Şövkətlə bağlı danışarkən deyib.

 Əvəz Temirxan devalvasiyadan sonra özünün ailə büdcəsindən də söz açıb.

Bəzi harınlamışlardan fərqli olaraq, xalq necə yaşayırsa, biz də elə yaşayırıq. Xalqın marağını, istəyini, dərdini daha yaxşı başa düşürük. Demək olar ki, xalqın durumunu ən yaxşı anlayan partiya ALP və onun lideri Lalə Şövkətdir. Lalə xanım hər gün bütün proseslərlə maraqlanır”.

 “O zaman Lalə Şövkət bazarlara gedib, real qiymətlərlə  maraqlanırmı” sualına partiya sədrinin cavabı belə olub. 

Real qiymətlərlə bağlı informasiya verəndə o hər şeyi analiz edə bilir. Amma Lalə xanım bazarlığa getmir. Ev bazarlığını yaxınları edir. Bazarlığa getməsə də, vəziyyətdən halidir. Bəzi siyasətçilərdən fərqli olaraq Lalə xanım xalqın vəziyyəti ilə çox ciddi maraqlanır. Əgər siyasi liderlər, partiya sədrləri arasında rəy sorğusu keçirilərsə, Lalə Şövkət birinci yer tutar. Çünki o, xalqın güzaranını bir çox siyasətçilərdən çox yaxşı bilir”.






Fikirlər