Prezident Xalça Muzeyinin əməkdaşların TƏLTİF ETDİ
Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər: Abasova Aygün Elşad qızı Səlimov Yalçın Ramiz oğlu. Dövlət başçısı Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər: Ağayeva Püstə Tofiq qızı Məlikova Təranə Nadir qızı Zeynalova Rəma Mais qızı. Eyni zamanda Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar rəssam” Bəşirov Taryer Ağaveyis oğlu “Əməkdar mədəniyyət işçisi” Şirəliyeva Asya Əlimövsüm qızı.