«Fəxrəddin-PAŞA Mədinəni qoruyanda sənin ƏCDADLARIN HARADA idi?»

receb-tayyib-erdogan-recep-tayyib-erdogan-2

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdulla ben Zeyid əl-Naxayyanın dərc etdiyi «tvit»i kəskin tənqid atəşinə tutub. Mətndə Ərdoğanın özünə və Osmanlı generalı Fəxrəddin-paşaya toxunulub.

Fəxrəddin-paşa (Ömər Fəxrəddin Türkan, Fəxri-paşa) 1916-1919-cu illərdə – Osmanlı imperiyasına qarşı ərəb üsyanı dövründə – Mədinə şəhərinin komendantı olub. Onun başçılıq etdiyi qarnizon Antanta ordusu qarşısında silahı yerə qoyan sonuncu hərbi birləşmə olub.

Əl-Nahayyan sosial istifadəçilərdən birinin Türkiyə, Ərdoğan və Fəxrəddin-paşa barədə dərc etdyi xoşagəlməz «tvit»i bölüşüb. Materialda deyilir ki, guya Fəxrəddin-paşa yerli əhaliyə qarşı cinayət işlədib.

«Ey, bizi şərləyən bədbəxt! Fəxrəddin-paşa Mədinəni qoruyanda sənin əcdadların harada idi? Öz yerini bil, sən bizim xalqımızı tanımırsan, Ərdoğanı və onun əcdadlarını tanımırsan. Amma biz, bilirik ki, tariximizin həmin parlaq şəxsiyyətinə və onun Mədinədəki parlaq qəhrəmanlıqlarına qarşı dilini qaldıranlar öz işlərini kimlərlə və haralarda görürlər…» – deyə, Ərdoğan Ankaradakı yerli administrasiyaların başçıları qarşısındakı çıxışı zamanı bəyan edib.

Prezident əlavə edib ki, bəzi ərəb liderlərinin Türkiyəyə qarşı hücuma keçməsi onların «həyatdakı uğursuzluğu və hətta SATQINLIĞI (seçmə bizimdir) ilə bağlıdır.

«Bizim əcdadlarımızı müqəddəs əşyaları oğurlayıb, İstanbula daşımaqda günahlandıranlar rəzalət hissləri doğururlar. Bu, oğurluq deyil, əksinə, işğalçılardan qorumaqdır. Bizim xalqımızın Oğulları bunun üçün öz həyatlarını qurban veriblər» – deyə, Ərdoğan əlavə edib.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın bundan əvvəl bəyan etmişdi ki, bu mətnin dərcinə görə, «əl-Qahayyana ayıb olmalıdır, çünki o, türklərlə ərəbləri küsdürməyə yönəlib». Qalın qeyd etmişdi ki, Fəxrəddin -paşa Mədinəni Britaniyanın bədxah planlarının reallaşmasından qoruyub.

 






Fikirlər