Ərdoğanın qol saatı ilə bağlı SİRR AÇILDI: sən demə... - FOTO

Ərdoğanın qol saatı ilə bağlı SİRR AÇILDI: sən demə... - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, prezidentin qolundakı saat “Vətən” qəzetinin muxbirinin gözündən qaçmayıb və o, Ərdoğandan saatın hekayəsini soruşub.

Muxbirin “Saatınızdakı o qırmızı yazı… Tam görə bilmədim, amma deyəsən “15 iyul” yazılıb” sualına Ərdoğan “hə” cavabı verib. Daha sonra köməkçisindən saatin markasını soruşub. O isə saatın Cənubi Koreyada fəaliyyət göstərən bir şirkət tərəfindən istehsal edildiyini deyib. Köməkçi Mustafa Varnak saatın içində markasının yazılmadığını, ancaq əsl özəlliyin saatın arxasında olduğunu bildirib.

Prezident isə saatını çıxararaq arxadakı imzasını və “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan” yazısını kameralara göstərib.

Qəzetin müxbiri saatın və üzərindəki qırmızı yazının sadəcə ona özəl olaraq hazırlanması sualına isə Ərdoğan belə cavab verib:

“Prezidentlik loqosu olan bu saatlardan bir neçə ədəd var. Mən bəzi qonaqlarınma və mənimlə birgə işləyən yoldaşlara hədiyyə etmişəm. Ancaq üzərində “15 iyul” yazsı olan saat təkcə məndə var”.






Fikirlər