“PUTİNLƏ YENİ İL ƏRƏFƏSİNDƏ GÖRÜŞDÜK” – “Onun Azərbaycana MÜNASİBƏTİ…”

 

 

“Qarabağ düyününü açmaq, şəxsən Vladimir Vladimiroviçin iradəsindən, istəyindən asılı olsaydı, o bu məsələni ədalətlə çözərdi…”

ilham

“Bizim görüşlərimizin təşəbbüskarı adətən Vldimir Putin olur. O özü iş yükünün, hər zaman sıx qrafikinin arasında görüşməyə zaman ayarlayır. Sonuncu dəfə yeni il ərəfəsində görüşmüşük”.

“AzPolitika”nın məlumatına görə, bunları Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı tələbə yoldaşı və dostu, biznesmen İlham Rəhimov “Yeni Müsavat” qəzetinə müsahibəsində Putinlə görüşüb-görüşmədiyi haqda sualı cavablandırarkən deyib.

İ.Rəhimovun fikrincə, “dostlarla çox tez-tez görüşməyə ehtiyac yoxdur. Belədə dost münasibətdən usanar və təmaslar maraqsızlaşar”.

“Görüşəndə Qarabağ, Türkiyə, ABŞ mövzularını müzakirə edirsizmi” sualına iş adamı belə cavab verib:

Məsələ belədir, yaxınlarda 50 il olacaq ki, biz dostuq. Ən müxtəlif mövzularda söhbətlərimiz, müzakirələrimiz olur. Necə düşünürsünüz, Putin kimi nüfuzlu bir şəxslə söhbət edib Qarabağdan danışmamaq mümkündür? Təbii, danışırıq. Ancaq ikimizin arasında olan söhbətləri ictimailəşdirə bilmərəm. Bircə onu deyə bilərəm ki, onun Azərbaycana da, Azərbaycan liderinə də münasibəti fövqəladə yaxşıdır. Bu sözləri Vladimir Putini 48 ildir tanıyan bir insan kimi deyirəm. Ancaq Qarabağ məsələsi elə bir çətin düyündür ki, onun çözümü bir nəfərdən asılı deyil. İnanın, əgər Qarabağ düyününü açmaq, şəxsən Vladimir Vladimiroviçin iradəsindən, istəyindən asılı olsaydı, o bu məsələni ədalətlə çözərdi…






Fikirlər