ABŞ-dan Ərdoğanın “OSMANLI silləsi”nə cavab
NATO-dan müttəfiqimiz olan Türkiyənin təhlükəsizlik məsələsində narahatlığını başa düşürük. Ancaq təkcə onlar üçün deyil, həm də ABŞ və Suriya üçün uyğun bir çıxış yolu tapmalıyıq. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “Görünür, ABŞ generalı Osmanlı silləsi yeməyib” sözləri haqda da danışan Noyert bunları deyib: “Biz bu cür sözləri çox eşitmişik. Başqa hökumətlər də tez-tez belə fikirlər səsləndirirlər. Ancaq xarici siyasətimizi bu sözlərə görə müəyyən etmirik”. Qeyd edək ki, ABŞ ordusunun generalı Paul Funk Menbiçə səfəri zamanı türk ordusunun bölgəyə hər hansı hücumu zamanı aqressiv şəkildə cavab veriləcəyini bildirmişdi. Ərdoğan isə onun Osmanlı silləsi yemədiyi üçün belə rahat danışdığını demişdi. AzerTaym.az