PUTİN KEMEROVA şəhərinə SƏFƏR edib -YENİLƏNİB
Rusiya prezidenti Vladimir Putin Kemerovo şəhərinə səfər edib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı faciə baş verən yeri ziyarət edəcək, həmçinin region və müvafiq qurum rəhbərlərinin məruzəsini dinləyəcək. Son məlumata əsasən, martın 25-də Kemerovoda ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər ölüb, 60 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *** Rusiya prezidenti Vladimir Putin Kemerovoya səfər etməyib. APA-nın xəbərinə görə, bu barədə RBK-ya Putinin mətbuat katibi Dmitriy Peskov bildirib. “Hələ ki, yox”, deyə D.Peskov bildirib. Bundan əvvəl Putinin Kemerovo şəhərinə gəldiyi barədə məlumatlar yayılıb. Qeyd edək ki, gecə saatlarında Dmitriy Peskov media nümayəndələri ilə birgə Kemerovoya gəlib. Bu gündən Kemerovo vilayətində 3 günlük matəm elan edilib. Martın 25-də Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər ölüb. *** Rusiya prezidenti Vladimir Putin Kemerovo şəhərinə səfər edib. APA-nın xəbərinə görə, bu barədə “Gazeta.ru” məlumat verib. Ötən gün Kemerovoda ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər ölüb. V. Putinin faciə baş verdiyi əraziyə gələcəyi gözlənilir.