Rusiyada YANGIN NƏTİCƏSİNDƏ ölənlərin sayı 48 nəfərə çatıb -FOTO, VİDEO (YENİLƏNİB)

Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın söndürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

Məlumata görə, yanğın zamanı 37 nəfərin öldüyü bildirilimişdi, daha sonra ticarət mərkəzinin kino zalının ərazisində 11 nəfərin meyiti tapılıb. Hadisə zamanı 27 nəfər itkin düşüb. 

***
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə, hazırda Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən yanğın zamanı 35 nəfərin itkin düşdüyü barədə məlumat yoxlanılır.

Qeyd edək ki, ticarət mərkəzində baş verən yanğın nəticəsində 5 nəfərin öldüyü təsdiqlənib, 30 nəfər xəstəxanaya yerləşdirilib.

***

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər daha 2 nəfərin meyitini aşkarlayıblar. Bundan əvvəl 5 nəfərin öldüyü, 30 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Məlumata əsasən, Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov prezident V.Putinin tapşırığı ilə Kemerovoya yollanıb. İlkin versiyaya görə, yanğın ticarət mərkəzində yerləşən batut zalında başlayıb. İnsidentin səbəbləri araşdırılır.

***

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yaralıların sayı 43 nəfərə çatıb. 20 nəfərin xilas, 100 nəfərin təxliyə edildiyi bildirilir. Təsdiqlənməmiş məlumata görə, hadisə zamanı 70-dək insan itkin düşüb.

Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzi 2013-cü ildə istifadəyə verilib. Yanğının binanın 4-cü mərtəbəsində yerləşən batut zalında başladığı ehtimal edilir.

***

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, indiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib.

***

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” agentliyi Rusiya FHN-nin regional idarəsinə istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb. Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-i, günün ikinci yarısında başlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. AzerTaym.az








Fikirlər