Əli İnsanovdan MESAJ: Ailə üzvlərim ölkəni TƏRK ETMƏYƏCƏK

Əli İnsanovdan mesaj: Ailə üzvlərim ölkəni tərk etməyəcək

Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov bəzi KİV-lərdə onun ailə üzvlərinin ölkəni tərk etməsi barədə yayılan məlumatları təkzib edib.
"Son zamanlar bəzi mətbuat orqanlarında bir neçə dəfə Əli İnsanovun ailə üzvlərinin xaricə getməsi və Almaniyada yaşaması barədə yanlış fikirlər səsləndirilir. Əslində isə Əli İnsanovun həbsindən dərhal sonra onun ailə üzvlərinin ölkədən xaricə çıxışına rəsmi orqanlar tərəfindən qadağa qoyulub. Əli İnsanovun bütün ailə üzvləri Bakı şəhərində yaşayır və ölkəni tərk etmək fikirləri yoxdur”.
Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Toğrul Babayev Əli İnsanova istinadən "Amerikanın Səsi"nə bildirib.
Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.






Fikirlər