PUTİNLƏ TRAMPIN görüşünə görə təhlükəsizlik tədbirləri gücləndirilib

İyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə ABŞ və Rusiya prezidentlərinin keçiriləcək görüşü üçün təhlükəsizlik tədbirləri gücləndirilib.

Modern.az “İltaıehti” nəşrinə istinadən xəbər verir ki, vətəndaşlara prezidentlərin kortejlərinin keçəcəyi ərəfədə pəncərələrdən müşahidə etməmək məsləhət görülüb.

“Kortejin gələcəyini görürsünüzsə pəncərələrdə və eyvanlarda durmaq lazım deyil. Həmçinin pəncərələri də açmaq lazım deyil. Biz hər kəsə nəzarət edə bilmərik. Amma bu yəqin ki, bizim və qonaqların xüsusi xidmət orqanlarının diqqətini çəkəcək. Bu, əlavə əməliyyatların keçirilməsinə səbəb ola bilər” – paytaxtın polis idarəsindən Xeykki Kopperoyne nəşrə bildirib.

Onun sözlərinə görə polis bu xəbərdarlığa məhəl qoymayan həmin şəxsin evinə təftiş ilə gələ bilər. 

Kopperoyne həmçinin bildirib ki, prezidentlərin kortejini Parlament binasının pillələrindən və “Cənubi Eslandiya” küçəsindəki parkın qumluq sahəsindən izləmək mümkün olacaq.

Qeyd edək ki, Helsinki polisi bundan əvvəl də sammit zamanı kortejlərin hərəkəti üçün paytaxtın bir neçə əsas küçəsinin bağlanılacağını bildirib. Beləliklə prezident sarayına gedən yollarda və Helsinki-Vantaa hava limanı rayonundakı bəzi küçələr hərəkətə üçün bağlanacaq.






Fikirlər