ƏRDOĞAN Oktardan danışdı: Qonşum olub, ƏXLAQSIZ…
Adnan Oktar Üsküdarda yaşadığım zaman qonşum olub. Şəxsən tanımıram. Əxlaqsız bir adam idi. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Adnan Oktarın qruplaşmasının FETÖ ilə bənzərliyi məsələsinə diqqət çəkib. “Ədəbi yerində deyildi. Çox əxlaqsız, əxlaqi tərəfdən çatışmazlıqları olan bir tip idi. Sizin ona təslim etdiyiniz uşaqları, gəncləri alır, onları özünün istədiyi kimi yetişdirib ondan sonra da sistemin içinə soxurlar. Buranı ələ keçirmək üçün əməliyyat təşkil edirlər”, - Ərdoğan bildirib.