TRAMP özündən 2 yaş böyük qayınatasına və qayınanasına ABŞ VƏTƏNDAŞLIĞI VERDİ
ABŞ prezidenti Donald Trampın qayınanası və qayınatası Amerika vətəndaşlığına keçib. Publika.az xəbər verir ki, Amerikanın birinci xanımı Melaniya Trampın valideynləri Viktor və Amaliya Kvans Nyu Yorkda təşkil edilən vətəndaşlıq mərasimində and içərək Amerika vətəndaşı olublar. Cütlüyün ABŞ-da yaşamaq icazəsini qızları Melaniya vasitəsilə alıb-almadıqları açıqlanmayıb. Trampdan 2 yaş böyük qayınatası, 74 yaşlı Viktor təqaüdə çıxmadan öncə Sloveniyada yerləşən avtoqalareyasında, Amaliya isə tekstil şirkətində işləyib. Onlar Amerikada “yaşıl kart” adlı daimi vətəndaşlıq icazəsi ilə yaşayıblar. Qeyd edək ki, ABŞ-da vətəndaşlıq sistemi “yaşıl kart”ı olan və ya vətəndaşlıq alan qaçqınların birinci dərəcəli qohumlarını daimi olaraq ölkəyə gətimələrinə icazə verir. Amerika ictimaiyyətində qaçqınlıq mövzusunda mübahisələr davam edərkən bu mövzuya sərt münasibət bəsləyən Donald Trampın həyat yoldaşının valideynlərinin necə “yaşıl kart” aldığı mübahisə mövzusu olmuşdu. Tramp “qaçqın zənciri” adı verilən və “yaşıl kart” alan şəxslərin öz ailəsindən başqalarına sponsor olaraq onların qalıcı yaşayış icazəsi almasına imkan verən qanun layihəsinin ləğv edilməsini istəyirdi.