ƏRDOĞAN Qırğızıstana XƏBƏRDARLIQ etdi: BUNLAR XAİNDİR!
Qırğızıstanla münasibətlərimizi xüsusən FETÖ kölgəsindən qurtararaq qarşıdakı dövrlərdə daha da inkişaf etdirməyə qərarlıyıq. "AzerTaym.az" Axar.az -a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdəki Manas Universitetində qatıldığı fəxri doktorluq mərasimində çıxışı zamanı deyib. “Bunlar xain terror qruplaşmasıdır. Siz bizim qardaşımızsınız. 15 iyulda bizdə çevrilişə cəhd edənlər Allah göstərməsin sabah burada da eyni şeyi edə bilərlər. Bunkar xaindir, bunlar alçaqdır. Bu baxımdan qardaşlarımıza xəbərdarlıq edirik, amandır diqqətli olun”, - Ərdoğan bildirib.