TRAMP HAQQINDA YENİ İFŞAEDİCİ KİTAB ÇIXIR: burdakı faktlar daha dəhşətlidir

ABŞ-ın əməkdar jurnalistlərindən biri hesab olunan, “The Washington Post” qəzetinin redaksiya heyətinin üzvü Bob Vudvord prezident Donald Tramp haqqında “Qorxu. Tramp Ağ Evdə” adlı kitab yazıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, kitabda göstərilən faktlar respublikaçı prezidenti rüsvay edəcək dərəcədədir.

Qeyd edək ki, Vudvord 1972-1974 –cü illərdə Karl Bernşteynlə birlikdə məşhur “Uotergeyt işi”ni üzə çıxaran adamdır.

Kitabın özü sentyabrın 11-də satışa çıxarılacağı gözlənilsə də, onun məzmunundan bəzi hissələr artıq ictimaiyyətə açıqlanıb.

Belə məlum olur ki, Tramp Ağ Evə oturar-oturmaz ABŞ Silahlı Qüvvələrinin Qərargahlar komitəsinin sədri Cozef Danforddan Şimali Koreyaya preventiv zərbənin vurulması planını hazırlamağı əmr edib. Prezidentin tapşırığı Danfordu şoka salıb. Bundan başqa, 2017-ci ilin yanvarın 19-də keçirilən Təhlükəsizlik Şurasının iclası zamanı prezident ABŞ-ın Cənubi Koreyadakı hərbi mövcudluğunun əhəmiyyətini heçə sayıb. Burada peşəkar hərbçilər Trampa başa salıblar ki, məhz xüsusi kəşfiyyat əməliyyatları sayəsində ABŞ Şimali Koreyadan buraxılan raketi cəmi 7 saniyədə tuta bilər.

Ağ Evin sahibi isə hərbi xərclərə niyə bu qədər pul ayrıldığını xəbər aldıqda isə müdafiə naziri “biz sadəcə 3-cü dünya müharibəsinin qarşısını alırıq” cavabını verib.

Həmin görüşdən sonra olduqca pərt görünən Ceyms Mettis ətrafındakılara "prezidentin 5-ci sinif şagirdi səviyyəsində düşündüyünü" söyləyib. Mettis bunu bir neçə dəfə müxtəlif vaxtlarda da təkrarlayıb.

Картинки по запросу bob woodward trump book

Donald Tramp və Ceyms Mettis

2017-ci lin payızında isə D.Tramp Ağ Ev aparatının katibi Robert Porterə KXDR-lə bağlı situasiyanı iki liderin mübarizəsi kimi təsvir edib. “Lider liderə qarşı, insan insana qarşı, mən isə Kim-ə qarşıyam”,- ABŞ lideri Porterə deyib. Bundan sonra o, Kim Çen Inı “raket adam” adlandırıb.

Kitabda ən maraqlı fəsillərdən biri də Donald Trampın 2017-ci ildə Suriya lideri Bəşər Əsədi öldürtmək istəməsi ilə bağlıdır. Tramp Suriyanın 2017-ci iln aprelində İdlib şəhərində həyata keçirdiyi kimyəvi hücumdan sonra Pentaqon rəhbəri Ceyms Mettisə zəng vurub və senzuradan kənar ifadələrlə Əsədi öldürməyi tələb edib.

Həmin vaxt prezidentə bununla bağlı tədbir görəcəyini söyləyən müdaifə naziri telefonun dəstəyini asdıqdan sonra yanındakılara Bəşər Əsədi öldürməyəcəyini, daha fərqi şəkildə davranacağını söyləyib.

Картинки по запросу bob woodward trump gary sohn

Qocaman jurnalistin sadaladğı faktlardan biri də, Donald Trampın masasının üstündən dövlət əhəmiyyətli sənədlərin elə onun öz işçiləri tərəfindən götürülməsi hadisəsidir.

Belə ki, ABŞ prezidentinin iqtisadi məsələlər müşaviri Geri Kon Cənubi Koreya ilə azad iqtisadi zona haqqında sazişdən çıxmaq haqqında sənədi oğurlayıb. Bununla o, ölkəsinin bu cür addım atmasına mane olmaq istəyib.

trump gary cohn

Donald Tramp və Geri Kon

Eyni hoqqanı Geri Kon ABŞ-ın NAFTA anlaşmasından çıxmaq barədə qərar almasına əngəl törətmək üçün həyata keçirib.

Belə görünür ki, Tramp əvvəldən NAFTA haqqında sazişdən imtina etməyi başına yerləşdiribmiş və buna görə müvafiq sənədi hazırlamaq barədə Ağ Ev aparatının katibi Robert Porterə müvafiq tapşrıq verib. Robert Porter Ağ Ev əməkdaşlarına bu addımın xarici siyasi böhrana və iqtisadi təlatümə yol açacağını bildirdikdən sonra Geri Kon yenə də “oğru” funksiyasını üzərinə götürüb və həmin vaxtda da Trampın imzalayacağı kağızı almağa müvəffəq olub. Nəticədə ABŞ hələ də NAFTA anlaşmasında qalmaqda davam edir.

Geri Kon 2018-ci ilin martında vəzifəsindən istefa verib. Onun Trampın müxtəlif ölkələrdən gətirilən aliminium və metal məmulatlarına qoyduğu rüsumlardan dolayı prezidentlə tərs düşdüyü bilinir.






Fikirlər