SERGEY SOBYANİN yenidən Moskvanın meri seçildi
Rusiyanın Moskva şəhərinin meri postuna namizəd, şəhərin hazırkı rəhbəri Sergey Sobyanin seçkilərdə qalib gəldiyini elan edib. Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sobyaninin və onun seçki qərargahının saytında yerləşdirilən məlumatda bildirilir. "Seçki məntəqələri bağlanıb. Səslər hesablanır. "Exit poll"arın nəticələri açıqlanıb. Dostlar, dəstəyə görə çox sağolun! Bu bizim ümumi qələbəmizdir", - deyə məlumatda qeyd olunur. Rusiya Federasiyasının prezidenti Vladimir Putin də Sergey Sobyanini ölkənin paytaxtı Moskva merinin seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.