ABŞ və NATO-nu Makedoniyada MAT qoyan ADAM - İvan SAVVİDİ
Ayrı-ayrı iş adamlarından müxtəlif bölgələrdə kəşfiyyat məqsədilə istifadə etmək praktikası Rusiyaya yad deyil. Kreml bu dəfə Makedoniyada uğurlu eksperiment həyata keçirərək, ölkənin NATO və Avropa Birliyinə inteqrasiyasını ən azı ləngidə bilib. İvan Savvidi Gürcüstanda anadan olan yunan əsilli biznesmendir. Futbolsevərlər onu Yunanıstanın PAOK klubunun və Rostovun SKA klubunun sahibi kimi tanıyır. Lakin Savvidi vaxtilə Dövlət Dumasının deputatı olmaqla bərabər, Rusiyanın ən məşhur biznesmenlərindən biri kim ad çıxarıb. “İvan Savvidi uzun illər boyunca Kremlin Yunanıstandakı adamı olub”, - The New York Times qəzetindən Helen Huper və Erik Şmitt yazır. “ABŞ rəsmiləri Savvidinin Yunanıstan və Makedoniya arasında sazişi pozmaq üçün aktiv fəlaiyyət göstərdiyini sübut edən yazışmaları ələ keçirdiklərini deyirlər. Saziş nəticəsində Makedoniya öz adını “Şimali Makedoniya” olaraq dəyişdirməli, Yunanıstan isə bunun müqabilində rəsmi Skopyeyə NATO və Avropa Birliyinin yolunu açmalı idi. Moskva referendumdan müsbət nəticə çıxacağını bildiyi üçün bütün gücü boykota yönəldib”, - məqalədə yazılıb. Hər kəsə məlum olduğu kimi, Makedoniyada referendum boykotçuların qələbəsi ilə nəticələnib (50%-lik kvorumun tələb olunduğu xalq səsverməsinə əhalinin sadəcə 36%-i iştirak edib). “Referendum öncəsi amerikalılar qeyri-standart bir addıma gedərək əslində sevmədikləri, sol yönümlü baş nazir Aleksis Tsiprasa Savvidi və Rusiya səfirliyinin destruktiv fəaliyyəti ilə bağlı metarialları veriblər. Afina bundan sonra dərhal Rusiyanın iki diplomatını ölkədən çıxarılması barədə qərar çıxarıb. İndi amerikalılar referendumdan sonra rus iş adamının və diplomatların sürgün edilməsini özləri üçün böyük qələbə hesab edirlər”, - yazıda qeyd olunub. Məqalədə Rusiyanın Makedoniya referendumuna daha ciddi hazırlaşdığına işarə vurulur. Belə ki, Yunanıstanla imzalanan sazişdən dərhal sonra yüksək rütbəli bir rus diplomatı Qərbi Makedoniyanı alyansa dəvət etmək niyyələrinə görə açıq şəkildə hədələyib. “Saziş imzlandıqdan 3 gün sonra, iyunun 15-də Afinada keçirilən bir konfransda Rusiyanın Avropa Birliyindəki səfiri Vladimir Çijov hər kəsin gözü önündə təhdid yağdırıb: “Əlbəttə, biz atom bombası-filan atan deyilik. Lakin ağır nəticələrə yol açacaq səhvlərə yol verilir”,- rus diplomatı deyib. Çijovun hədələrindən sonra həmin konfransda iştirak edən ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payet Vaşinqtona bir neçə dəfə təcili məktub göndərərək Moskvanın qarşıdan gələn referenduma mane olmaqdan ötrü əlindən gələni edəcəyi barədə xəbərdarlıqlar edib.
Savvidi isə artıq öz işini görübmüş. Məhz Savvidinin pulları ilə müxtəlif vətəndaşlar və futbol fanatları referenduma qarşı aqressiv aktlar həyata keçirb, təbliğat plakatlarını cırıb, sıravi insanları qorxudublar. Məsələn, avqustun 9-da PAOK-la Moskvanın "Spartak" klubu arasında keçirilən Çempiolar Liqasının 3-cü mərhələ oyununda bir qrup fanat, “Yalnız bir Makedoniya var və o da Yunanıstandadır” deyə təhrikedici plakat açıb, siyasi şüarlar səsləndiriblər. İndi Makedoniya parlamenti Yunanstanla sazişi təsdiqləməsə, bu, Rusiyanın Qərb üzərində növbəti kəşfiyyat müharibəsinin qələbəsi demək olacaq. Musavat.com