"Məhərrəm Əliyev İsa Qəmbəri kabinetdə SÖYÜB" - İqbal AĞAZADƏ

Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Ümid Partiyasının sədri İqbal Ağazadə Meydan TV-nin efirində 15-16 oktaybr hadisələrinin ildönümü ilə bağlı debata çıxıblar. 
"AzerTaym.az" Unikal.org-a istinadən xəbər verir ki, debatda hər iki partiya sədri hadisələrinin xronologiyasını xatırlayarkən bir-birinin ünvanına təhqiramiz ifadələr işlədib.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, Məhərrəm Əliyev İsa Qəmbəri kabinetdən söyüb çıxarana kimi orda olub: "Arif Hacılı mikrofon gətirmək bəhanəsi ilə meydandan qaçdı və gəlmədi”.

Bu cavabı eşidən Müsavat Partiyasının başqanı təəssüf edərək efiri tərk edib.

 
 
 
 






Fikirlər