“ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNİN QOXUSU GƏLİR” – Roma papası

“ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNİN QOXUSU GƏLİR” – Roma papasıRoma papası Frensisk dünyada “müharibə atmosferi”nin hökm sürdüyünü düşünür.

Musavat.com-un xarici KİV-ə istinadən xəbər verir ki, o, konfliktləri qızışdıranları da ittiham edib.

“Dünyada olan indiki böhranlı vəziyyətlərin çoxu hardasa üçüncü Dünya müharibəsini xatırladır, hansı ki, yavaş-yavaş böyüyür. Qlobal kommunikasiya kontekstində də biz müharibə ab-havası hiss edirik”, – deyə Vatikan başçısı bir günlük səfərlə gəldiyi Sarayevoda kütlə qarşısında çıxışı zamanı qeyd edib.

Papaya görə, bəziləri belə atmosferi məqsədli şəkildə alovlandırır və qızışdırırlar.






Fikirlər