ABŞ-ın İrəvandan QARABAĞ TƏLƏBİ, heç kimin ağlına gəlməyən EHTİMAL…
Suriyada ABŞ və Rusiya hərbçiləri arasında döyüşlər baş verib. ABŞ Rusiyanı İrana Suriyadan öz ordularını çıxartması üçün təsir etməyə çağırıb. ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham etmək üçün kifayət qədər dəlilin olmadığını bildirib. Vaşinqtona görə, Rusiyanın S-300-ləri Suriyaya verməsi İl-20 insidentinə səbəb olan səhvlərin təkrarlanması ehtimalını artırır. “Tramp Administrasiyası seçkidən sonra Ermənistandan əraziləri qaytarmağı tələb edəcək”. Bu barədə Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbəri Aram Hambaryan deyib. Onun sözlərinə görə, Vaşinqton Qarabağ məsələsində İrəvana təzyiq etməyə hazırlaşır. “Con Bolton İrəvanda münaqişənin həlli üçün Ermənistanın mümkün güzəştlər etməsi haqqında danışdı, lakin eyni mövqeni Azərbaycanda sərgiləmədi. Əgər biz Boltonun bu açıqlamasına ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin diplomatik missiyasını başa vuran zaman dediyi “münaqişənin istənilən həll variantı ərazilərin qaytarılması ilə nəticələnəcək” sözləri kontekstində baxsaq, belə görünür ki, Vaşinqton münaqişə tərəflərinə bərabər münasibət göstərmir. Bu, onu deməyə əsas verir ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkilərindən bir ay sonra (bu, 2019-cu ilin 9 yanvarından sonrakı dövr deməkdir) ABŞ İrəvandan iki şeyi tələb edəcək: birincisi, İranın təcrid edilməsi siyasətinə aktiv şəkildə qoşulmaq, ikincisi, Ermənistanın əraziləri Azərbaycana qaytarması. ABŞ bunun üçün İrəvana təzyiq göstərəcək”, - deyə o bildirib. Nikol Paşinyan hakimiyyətə gələndən sonra kəskinləşən Moskva-Ermənistan münasibətləri fonunda Ermənistanda Rusiyaya qarşı aparılan kampaniya getdikcə genişlənir. Ermənistanın "Sasna tsrer" silahlı qruplaşmasınının lideri Jirayr Sefilyan son bəyanatlarından biri də buna nümunədir. Noyabrın 21-də erməni telekanallardan birinin efirində çıxış edən “Sasna tsrer” siyasi partiyasının lideri Sefilyanın sözlərinə görə, onların əsas kursu Rusiya ilə müqavilələrin ləğvidir. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan artıq ölkəsinin Avrasiya İqtisadi İttifaqından çıxışını dəstəkləməsə də, onun “Çıxış” (“Yelk") bloku üzrə silahdaşları anti-Rusiya mövqelərində qalmaqda davam edirlər. Bu fikirlə “ITON.TV”-nin efirində politoloq Viqen Akopyan çıxış edib. ABŞ-ın Türkiyənin Suriya ilə sərhədində yeni nəzarət məntəqələri qurmaq addımı terrorçulara dəstəyinin ən konkret ifadəsi olub. Fərat çayının şərqində PKK-nı Türkiyə ordusundan qorumaq istəyən Vaşinqtonun bu həmləsi Ankara-Moskva əməkdaşlığının verdiyi narahatlığı gözlər önünə gətirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putinin yaxın təmasları, müdafiə naziri Hulusi Akar ilə Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidanın Soçidə uğurlu nəticələr əldə etməsi ABŞ-ı Suriyada yeni həmlələr etməyə məcbur edib. ABŞ Rusiyanı İrana Suriyadan öz ordularını çıxartması üçün təsir etməyə çağırır. Bunu ABŞ Dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib. O, İran qoşunlarının Suriyadan çıxarılması məsələsinin məntiqli addım olduğunu deyib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham etmək üçün kifayət qədər dəlil yoxdur. Bu sözləri ABŞ prezidenti Donald Tramp Floridada Mar-a-Lago iqamətgahında jurnalistlərə açıqlamasında deyib. Moskva İl-20 olayından sonra İsrailə hər şeyin əvvəlki kimi olmayacağını göstərir. Bu iddia ilə “Haaretz” qəzetinin köşə yazarı Amos Harel çıxış edib. “İsrail Suriyaya aviazərbələri dayandırmırdı, amma indi fakt odur ki, Rusiyanın ucbatından çətinliklər yaranıb. Dəyişikliklər Rusiya aviasiyası və Suriyadakı hava hücumundan müdafiə sistemlərinin aqressiv davranışından da aydındır”, – deyə o bildirib. O, Rusiyanın Livana marağının artmasının böyük narahatlıq yaratdığını bildirib. Harelin fikrincə, ən pessimist ssenaridə Rusiyanın Suriya səmasını müdafiə edən “çətiri” Livan üzərini də örtəcək ki, bu da İsrail üçün situasiyanı çətinləşdirəcək: “Ərəb KİV-lərinin iddiasına görə, İsrail Livana 2014-cü ilin fevralından zərbə endirmir. Hizbullahla şahmat oynamaq, Rusiyanın Suriya və Livandan nə istədiyini aydınlatmaqdan tamam ayrıdır”. Rusiyanın S-300-ləri Suriyaya verməsi İl-20 insidentinə səbəb olan səhvlərin təkrarlanması ehtimalını artırır.Bunu “Kommersant” qəzeti və “RİA Novosti” agentliyinə müsahibəsində ABŞ Dövlət katibinin rəsmi nümayəndəsi Ceyms Cefri deyib. “Suriya hərbçilərinin səhvi nəticəsində baş verən faciəni xatırlayın. Rusiya təyyarəsi vuruldu və səhv etmirəmsə, 15 nəfər öldü. S-300-ün tədarükü Suriya hərbçilərinin gələcəkdə eyni səhvləri etmək imkanlarını artıracaq. Ona görə də Rusiyanı burada maksimal dərəcədə ehtiyatlı olmağa çağırırıq”, – deyə o bildirib. Suriyada ABŞ və Rusiya hərbçiləri arasında döyüşlər baş verib. Bu haqda ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Jeffri bildirib. Jeffri hadisənin nə zaman baş verdiyini, yaxud da ölən və yaralananların olub-olmadığını söyləməyib.Bu, İrəvanın intiharı olacaq: Paşinyanın müttəfiqindən ŞOK BƏYANAT
Paşinyanın silahdaşları anti-Rusiya mövqeyində qalırlar – ŞƏRH
Ərdoğanla Putinin ORTAQ PLANI ABŞ-ı şoka saldı: Türkiyə daha bir dövlətlə qonşu olur
Bu ehtimal heç kimin ağlına gəlməmişdi: Tramp QAŞIQÇININ QATİLİNİ AÇIQLADI