“Siyasəti qanla çirklətdiyiniz yetər!”- Davudoğlu
AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, bu haqda Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkə boyu İŞİD terror qruplaşmasına və PKK üzvlərinə qarşı keçirilən reydlərlə bağlı iyulun 24-də Ankarada keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, heç kim Türkiyədə hakimiyyəti dəyişə bilməz, qanuni hakimiyyətə paralel qurum yarada bilməz və bunu edənlərin qarşısı alınacaq. AKP-nin keçmişində terror olmadığını deyən Davudoğlu, “Siyasəti qanla çirklətdiyiniz yetər!” – deyə qeyd edib.
Dörd gün əvvəl gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çoxinsan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.
Bu çərçivədə Türk Hava Qüvvələri terror təşkilatına aid Suriyadakı hədəfləri vurmaq üçün əməliyyat keçirib.
"Saat 03:12 də (Bakı vaxtı ilə 05:12) Diyarbakır hava bazasından 3 ədəd F 16
havaya qalxıb. Saat 03:40 - 03:53 arasında icra edilən hərbi əməliyyat zamanı İŞID-a aid 3 hədəf vurulub. Daha öncədən müəyyən edilən 2 qərargah və 1 toplanma nöqtəsinə 4 bomba atılıb. Qırıcılar saat 04:24-də bazaya geri qayıdıblar.
Türkiyə Cumhuriyyəti milli təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görməkdə qərarlıdır. İyulun 24-ü səhər saatlarından Türkiyədə keçirilən reydlərdə 250-dən çox şübhəli saxlanıb.