Kılıçdaroğlun FETÖ-nü DƏSTƏKLƏYƏN ERMƏNİYLƏ görüşü - QALMAQAL YARATDI
Türkiyənin Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ASALA və FETÖ kimi terror təşkilatlarını müdafiə edən Natali Avazyanla görüşüb. Türkiyə KİV xəbər verir ki, Malatya şəhərindən olan erməni əsilli blogerin Kılıçdaroğlu ilə nə barədə danışdığı məlum deyil. Qeyd edək ki, Avazyan tez-tez hökumət əleyhinə, terror təşkilatlarını dəstəkləyən “tvit”lər atır. O, erməni terror təşkilatı olan ASALA-ya olan simpatiyasını gizlətmir, hətta 1982-ci ildə Türkiyənin Esenboğa hava limanında 9 nəfərin ölümünə, 72 nəfərin isə yaralanmasına səbəb olan ASALA üzvü olan 2 terrorçudan biri- Levon Ekçekçiyanı sosial media hesabı vasitəsilə anmış, onu “erməni inqilabçısı” deyə təqdim etmişdi. Bundan başqa, 2018-ci ilin noyabrında Almaniyada səfərdə olan Türkiyənin ana müxalifət lideri “Gəzi parkı” etiraz aksiyalarının əsas təşkilatçısı, Soros Fondunun bir qolu olan Friedrich Ebert Fondunda görüşlər keçirib. Kılıçdaroğlu, həmçinin Almaniyada PKK/YPG terror təşkilatının sıx tərəfdarı Sevim Dağdələn və Helim Evrim Sommər ilə görüşüb. O, 2019-cu ilin martın 31-də keçiriləcək bələdiyyə seçkiləri üçün onlardan dəstək istəyib və bu iki şəxs vasitəsilə PPK ilə əlaqə saxlayıb. Qeyd edək ki, Sevim Dağdələn və Helim Evrim Sommər Almaniya Federal Məclisində sol partiyadan olan millət vəkilləridir.