İŞİD-PKK savaşı Naxçıvan üzərindən Azərbaycana keçir? – Sensasion iddia, şərhlər

İŞİD-PKK savaşı Naxçıvan üzərindən Azərbaycana keçir? – Sensasion iddia, şərhlər Türk mətbuatının verdiyi xəbərə görə Naxçıvan üzərindən İŞİD-çilər və PKK-çılar Azərbaycana keçməkdədirlər.

Moderator.az xəbər verir ki, Türkiyədə son dönəmdə yaşananlar hər iki terror təşkilatının bəzi üzvlərinin qardaş ölkəni müxtəlif istiqamətlərdə tərk edirlər. Onların daha çox Naxçıvan üzərindən ölkəmizə daxil olduqları iddia edilir. Bunlar arasında Azərbaycan əsillilərlə yanaşı digər millətlərin nümayəndələrinin də az olmadığı vurğulanır. Qeyd edək ki, PKK-nın İğdırın hakimiyyətini ələ keçirdikdən sonra Naxçıvan üçün PKK terror daha da aktual hal almaqdadır.

Görəsən IŞID və PKK-nın Azərbaycana gəlməsi hansı problemləri yarada bilər?


Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hesab edir ki, belə bir hal olarsa, Türkiyənin yaşadığı problemləri Azərbaycan da yaşayar.

İŞİD-PKK savaşı Naxçıvan üzərindən Azərbaycana keçir? – Sensasion iddia, şərhlər“Mən də türk mətbuatında bu kimi məlumatlara rast gəlmişəm. Sərhəd ərazilər mühafizəsi daha da gücləndirilməlidir. Milli Təhlükəsizlik Nazirliyinin bu məsələyə ciddi fikir verməsi lazımdır. Belə bir hal varsa mütləq qarşısı alınmalıdır. Ehtimal belə varsa, öncədən mühüm tədbirlər görülməlidir. Azərbaycan erməni terrorundan yetərincə ziyan çəkmiş bir ölkədir. Ona görə də hər hansı bir terror təşkilatının Azərbaycana sızmasına imkan vermək olmaz. Çünki bu bizə çox ciddi problemlər yaşadar. Digər tərəfdən bir çox qaynaqlardan bəlli olur ki, Azərbaycanın erməni işğalı altında olan Qarabağa Suriyadan qaçan erməniləri yerləşdirirlər. Zatən Qarabağ terror təşkilatlarının yuvasına çevrilib. Ona görə biz diqqətli olmalıyıq ki, ölkəmizi qarışdırmasınlar”.

Politoloq Natiq Miri isə vurğulayır ki, bu informasiyanı dəstəkləyən çox ciddi dəlillər olduqdan sonra konkret izah vermək mümkündür.

İŞİD-PKK savaşı Naxçıvan üzərindən Azərbaycana keçir? – Sensasion iddia, şərhlər“Ancaq hər bir halda bu terror bəlasını Azərbaycana buraxmaq olmaz. Çünki terrorun yaxşısı və pisi olmaz, terror kimin, hansı gücün himayə etməsindən asılı olmayarq böyük bir bəladır və bir gün dəstəkçi güclərin özünü vuracağı şübhəsizdir. Ona görə də bu bəlanın hər vəchlə Azərbaycana keçməsinin qarşısı alınmalıdır. Çünki bunlar elə ideoloji virusdur ki, dərhal cəmiyyətin zəif və savadsız hissəsinə dərhal bulaşır və onların əsirinə çevrilirlər. Sonrası isə artıq təhlükəli zəncirvari reaksiya kimi baş verir. Ona görə də dövlət və bütün toplum buna qarşı durmalıdır ki, Azərbaycanın hüzurunu heç bir güc poza bilməsin”






Fikirlər