Bu da axırı: Atambayev təslim oldu - YENİLƏNİB
Bu dəqiqələrdə "İnterfaks"ın müxbiri xəbər verib ki, Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev onun Koy-Taş kəndindəki iqamətgahına hücum edən güc strukturları əməkdaşlarına təslim olub. Keçmiş prezidenti iqamətgahdan çıxarıblar və naməlum istiqamətə aparıblar. Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin Bişkek yaxınlığındakı evi ətrafında daha bir əmliyyat başlayıb. Əməliyyata cəlb edilən 200 nəfərədək polis əməkdaşı səsli və işıqlı qumbaralar və bibər qazı tətbiq edir, qarşı tərəf isə daş və Molotov kokteyli atır. "24” xəbər verir ki, paytaxtın 20 kilometrliyindəki Koy-Taş kəndində yerləşən A.Atambayevin evinə tərəf üç "KamAZ” maşını, beş avtobus və iki mikroavtobus polis yeridilib. Bundan əvvəl şəhərdə prezident Sooronbay Jeenbekovun istefası tələbi ilə aksiya keçirməyə hazırlaşan A.Atambayevin tərəfdarları baş verənlərdən xəbər tutaraq Koy-Taşa üz tutub