İKİ PREZİDENT ARASINDA NƏ BAŞ VERİR? - Atambayev Nazarbayevi təhqir etdi (VİDEO)

atamabayev-nazarbayev

Bişkekdə təntələli mərasim iştirakçıları qulaqlarına inanmayıblar: Almazbek Atambayev rəsmi mətnin oxunuşunu bir anlığa dayandırıb. Və bu anda, sanki, Qırğızıstan prezidentini qəsdən dəyişdiriblər. O, sözarası improvizə edərək Mərkəzi Asiyanın 77 yaşlı patriarx siyasətçisi Nursultan Nazarbayevi təhqir etməyə başlayıb. Qazaxıstan prezidentinin komandasını oğurluqda qınayaraq, əlavə edib: “Bu gün Qazaxıstanı qazaxlar deyil, çingizilər idarə edir”.

Lap bu günlərdə – cümə günü heç nə fəlakətdən xəbər vermirdi. Qırğızıstan lideri Daşkənd səfərini başa vuraraq Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə mehribanlıqla qucaqlaşıb. Amma növbəti gün Bişkekə dönərkən, dəhşətli bir xəbər eşidib: şənbə günü – oktyabrın 7-də prezident qovğasının favoriti, Qırğızıstan baş nazirinin I müavini, Atambayevlər ailəsinin yaxın dostu Temir Cumakadırov paytaxt yaxınlığındakı qəsəbədə avtoqəzada həlak olub.

37 yaşlı Cumakadırov Qırğızıstanın 61 yaşlı prezidenti üçün oğul kimiydi və sevilmisinin dəhşətli ölümü onu elə sarsıdıb ki, şahidlərin sözlərinə görə, göz yaşını gizlətməyib. Və Atambayev əhvalının bu cür pis vəziyyətində dövlət mükafatlarının təqdimi mərasimində çıxışa başlayıb. Əvvəlcə hər şey plan üzrə gedib: öncədən hazırlanmış təntənəli mətni oxuyub. Almazbek Atambayev xanımı və üç övladı qalmış Cumakadırovun həlakı münasibətilə başsağlığı verib. “O mənim ən yaxşı şagirdlərimdən və yetirmələrimdən biriydi, – prezident bildirib. – 38 yaşı varıydı. O, ölkənin gələcək rəhbərlərindən biri kimi gördüyüm adam idi”.

Və Atambayev burada sanki məcrasından çıxıb. “Bütün dəhşət bundadır ki, ətrafımız çirkab dənizidir, – Və bu anda prezidenti çıxışı “Ağıldan bəla”dakı (rus yazıçısı Aleksandr Qriboyedovun əsəri-tərc.) Çatskinin ifşa monoloqunu xatırlatmağa başlayıb. – Mənim yoldaşlarım əzab çəkir, bəziləri həlak olur ki, düzgün seçkilər olsun. Amma bunun əvəzində hər yer çirkab dənizidir”.

Bəs “çirkab dənizi”nin günahkarı kimdir? Əlbəttə ki, Nursultan Nazarbayevdir, qonşu Qazaxıstanın prezidenti. Onun günahı nədir? Budur ki, Atambayevə müxalif Qırğızıstan prezidentliyinə namizədi, parlament fraksiyası və “Respublika-Ata-Jurt” siyasi partiyasının 47 yaşlı lideri, sorğulara əsasən, qələbə çalmağa bütün imkanları olan Omurbek Babanovu qəbul edib.

Və burada aydınlaşıb ki, Nazarbayevin çevrəsi “Bakiyevi çoxdan sevir”. Atambayev tərəfdarlarının 2010-cu il inqilabının gedişində devirdiyi Qırğızıstanın ikinci prezidenti nəzərdə tutulur. “Siz təsəvvür edirsiniz, Bakiyevlər indiyə qədər bayramı Alma-Atada keçirirlər, – Atambayev vəhyini davam etdirib. – Hətta Qazaxıstanın yüksək məmurlarından şəxsən eşitmişəm ki, guya, “Bakiyevlər adamları güllələyərkən düz ediblər”.

Biz qazax xalqına pis nümunə göstəririk, – Atambayev kinayə ilə davam edib. –Nursultan Nazarbayev düz deyir ki, hətta Alma-Atanın ÜDM-i bütün Qırğızıstanın ÜDM-dən beş dəfə çoxdur, Qazaxıstanın ÜDM-i Qırğızıstan iqtisadiyyatıpndan 20 dəfə çoxdur. Və Qazaxıstanın orta ümumi məhsulu gəlirlərdə Qırğızıstanınkından 10 dəfə çoxdur”.

O zaman sual meydana çıxır: onda niyə Qazaxıstanda təqaüdlər 10 dəfə deyil, cəmi biryarım dəfə çoxdur, tariflər isə 5 dəfə yüksəkdir? Çünki Qazaxıstan hökuməti oğurlayıb axırına çıxır. Və biz pis nümunə veririk. Atambayev – pis örnəkdir. Bizim ən yaşlı namizədimiz Nazarbayevdən 20 yaş cavandır. Mən isə 16 yaş. Və cavan prezident kimə lazımdır? Bizə, yoxsa Qazaxıstana? Qazaxlar bizim qardaşlarımızdır, biz tarixə bələdik. Qazaxlar 500 il əvvəl çingizini sultan qoyduqları bizik və deyəsən, indiyə qədər onları qazaxlar deyil, çingizilər idarə edirlər”.

Bir saaatdan sonra Atambayevin çıxışının mətnini Nazarbayevə göstərərkən, o düşünüb: “Bu, lap ağ oldu”.

Və prezidentin tapşırığı ilə kəskin bəyanatla çıxış edib. Qazaxıstanın  xarici siyasət idarəsində Atambayevin açlıqlamaları münasibətilə etiraz ifadə ediblər. “İki dost dövlətin arasındakı münasibətlərdə bu cür bəyanatları yolverilməz hesab edirik, – sənəddə deyilir. – Əminlik ifadə edirik ki, Qırğızıstan prezidentinin seçkiöncəsi məqsədlər üçün məsuliyyətsiz, mahiyytəcə fitnəkar və yalan iddiaları çoxəsrlik dostluq bağlarına və ölkələrimiz arasındakı qarşılıqlı yardıma ziyan vura bilməz”.

Atambayev niyə Qazaxıstan prezidentini bütün bağışlanmaz günahlarda ittiham edib? Yəqin ki, Qırğızıstanın indiki liderinin 15 oktyabr seçkilərindən sonra öz postunu itirəcəyinə və itirməyə heç nəyi olmadığna görə. Artıq Nazarbayevlə əl tutub salamlaşmaq lazım gəlməyəcək, bir də Qazaxıstann lideri də daha ona əl uzatmaz:Nursultan Abış oğlu dedikcə kinlidir və təhqirləri heç vaxt bağışlamır.

Ekspertlərin qeyd etdikləri kimi, Bişkek artıq uzun illərdir Astanaya qarşı kin yığıb. Atambayevin hesab etydiyi kimi, Nazarbayev bütün bu illər ərzində qırğızlara münasibətdə olduqca təkəbbürlü olduğu üçün. Məsələn, MDB sammitlərində AİB-ə girmək üçün Qırğızıstanın namizədliyi müzakirə olunarkən, Bişkekdə hesab edildiyi kimi,  Qırğızıstan məhsullarının AİB bazarlarına çıxışına süni maneələri məhz Nazarbayev yaradıb.

Vladimir Putinin Mərkəzi Asiya ölkələri üzrə 2017-ci il fevral turnesi Bişkeklə Astana arasında növbəti qalmaqal fonunda keçib. Atambayev o zaman Qazaxıstanı növbəti qırğız inqilabı dövründə sərhədləri bağlamaqda ittiham edib. Astana bu dəfə Qırğızıstanın Qazaxıstana daşınan kənd təsərrüfatı məhsulları üzərində nəzarəti sərtləşdirib. Atambayev o vaxt Astananı “daha keyfiyyətli və daha ucuz məhsulla” rəqabətə tab gətirmək iqtidarsızlığında ittiham edib.

Aydınlaşdığı kimi, Bişkek AİB-ə daxil olarkən Astana ilə bütün mübahisələrini tənzimləməyib. Qazaxıstan hökumətində isə hətta Qırğızıstanın yerinə yetirmədiyi 23 sazişi sadalayıblar.

İki paytaxt arasındakı başqa bir mübahisə uzunluğu 1240 km təşkil edən dövlət sərhədlərinə aiddir. Tərəflər hələ 2011-ci ildə saziş imzalayıb, lakin Qırğızıstanın sərhədyanı kəndlərinin sakinləri Bişkeki satqınlıqda qınayaraq hökumət və polislə toqquşmalarla başa çatan kütləvi etiraz yürüşü təşkil ediblər. Yerli sakinlər hətta Qazaxıstanın sərhəd rayonlarını su ilə təmin edən kanalı bağlayıblar. Və yalnız iki ölkənin baş nazirlərinin görüşündən sonra məsələ bitib.

2015-ci ilin avqustunda təəssürat yaranıb ki, Nazarbayev və Atambayev köhnə inciklikləri unudub və barışıblar. İşgüzar səfərlə Qırğızıstanda olan Qazaxıstan lideri, Atambayevlə birlikdə Qırğızıstan-Qazaxıstan dövlət sərhədində gömrük nəzarətinin ləğv edilməsi münasibətilə tənətənəli mərasimə qatılıb. İki ölkənin liderləri o vaxt uca dağlarda İssık-Kul gölünün sahilində birbaşa telekörpü rejimində sərhədləri açmaq komandası veriblər. “Ölkələrimiz arasında gömrük sərhədlərinin açılması biznesi, ticarəti canlandıracaq, – Nazarbayev o vaxt ümid edirdi. – Bu birlik uzaq perspektivdə xalqlarımızn rifahının yaxşılaşmasına səbəb olacaq”.

Lakin indi, İssık-Kul gölünün sahilindəki həmin mənzərədən iki il keçəndən sonra ağır dövrlər başlanıb. Astana və Bişkek çəhrayı gözlükləri çıxardıb və başa düşüb: iki paytaxt arasında “soyuq müharibə”nin qızğın çağıdır. Bəlkə də, bu, oktraybrın 15-də Qırğızıstan prezidenti seçkilərindən sonra bitəcək. Ammma buna heç kim əmin deyil.

(Pravda.ru)

Tərcümə Strateq.az-ındır.






Fikirlər