Sabiq nazir İsgəndər Həmidov qayıtdı və MƏTBUAT KONFRANSI KEÇİRDİ (Fotolar)
Azərbaycan Xalq Hərəkatının qurucusu, sabiq daxili işıər naziri İSGƏNDƏR HƏMİDOV sükutu pozur. Bu ilin mayından etibarən səhhətindəki problemlərlə əlaqədər siyasət dəhlizlərində görünməyən keçmiş nazir hazırda mətbuat konfransı keçirir. "AzerTaym.az" musavat.com-a istinadən bildirir ki,mətbuat konfransında çıxış edən sabiq nazir səhhəti və hal-hazır ki,sağlıq durumu haqqında media mənsublarına ətraflı məlumat verdikdən sonra bunları dedi:" Mən qeybətdən daim uzaq olmuşam. Səhhətimlə əlaqədar Türkiyədə oldum. Ürəyim zəif olduğu üçün ilk zamanlarda əməliyyatıma icazə verilmədi. Dağ şəraitdə qalmağım məsləhət görüldü. Orada ayağım sındı. Sonra yenidən səhhətimlə əlaqədar Türkiyəyə getdim. Oradakı əməliyyatlarım uğurlu keçdi. Bağırsaqlarımdan şiş çıxarıldı. Bununla bağlı sənəd də var. Belə şayiələr yayıldı ki, guya ölkədə olmuşam və xaricdə əməliyyat olunmamışam. Amma bunu sübut edən sənədlər var. Deyənləri vicdanlarına buraxıram".