İSGƏNDƏR HƏMİDOV əməliyyatdan sonra - FOTOLAR,YENİLƏNİB...
17.39 Bu dəqiqələrdə sədri olduğu partiyanın ən fəal funksionerlərinin birinin verdiyi son məlumata görə hazırda İSGƏNDƏR HƏMİDOV əməliyyatdan çıxıb və özünü çox normal hiss edir. Biz də sabiq daxili işlər naziri İsgəndər həmidova ALLAHdan şəfa diləyir,ona möhkəm cansağlığı,şəxsi və ictimai həyatında uğurlar arzulayırıq! *** Sabiq daxili işlər naziri İsgəndər Həmidov Türkiyənin “Gülhanə” hərbi hospitalında az öncə açıq ürək əməliyyatına daxil olub. "AzerTaym.az" musavat.com-a istinadən bildirir ki,bu barədə sabiq nazirin həkimi məlumat verib. Fotolar əməliyyata hazırlaşarkən çəkilib. Xatırladaq ki, Azərbaycan Xalq Hərəkatının ideya müəllifi sabiq daxili işlər naziri İsgəndər Həmidov bir müddətdir ki, Türkiyədə mualicə olunur.