Milli Şuranın mitinqinə İCAZƏ VERİLDİ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

 "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, Bakı Meriyasında Milli Şuraya daxil olan cavabda müraciətə baxıldığı bildirilib.

Qeyd edilib ki, mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Milli Şura isə BŞİH-ə ünvanladığı müraciətdə noyabrın 2-də mitinq keçirilməsi üçün Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunu (keçmiş "Məhsul" stadionu) və ya Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığını istəmişdi.






Fikirlər