Milli Şura Bakı Meriyası ilə razılaşmadı - Mitinq TƏXİRƏ SALINDI

Milli Şura Lökbatanda mitinq keçirməkdən imtina edib.

Bu barədə Modern.az-a sentyabrın 28-nə planlaşdırılan Milli Şuranın mitinqinin təşkilatçılarından olan Vahid Məhərrəmli məlumat verib. O bildirib ki, Şura yenidən toplaşıb, qərar verəcək:

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqə razılıq verib. BŞİH mitinqi Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsini məsləhət görür. Biz əminik ki, hakimiyyət mitinqin məkanını bacardığı qədər uzağa təyin etməklə ora qatılan insanların azalmasına çalışır. Bununla razılaşmırıq və mitinqin şəhərdə, qatılmaq istəyən vətəndaşlara əlverişli məkanda baş tutmasında israrlıyıq. Ona görə, sentyabrın 28-nə təyin edilən mitinq baş tutmayacaq. Yenidən toplaşıb, ən yaxın, uyğun tarixi müəyyənləşdirəcəyik”.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. BŞİH Respublika Stadionunun qarşısında mitinq keçirməsinə razılıq verilməyib. Bunun əvəzində Meriya Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə etiraz etmir.

 






Fikirlər