Cəmil Həsənli Vaşinqtondan çağırış etdi: "2 noyabr mitinqi..."

Cəmil Həsənli Vaşinqtondan çağırış etdi:

Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının sədri Cəmil Həsənli Milli Şura və Xalq Cəbhəsi Partiyası rəhbərliyini 2 noyabr mitinqinin təxirə salınması təklifini təcili müzakirə etməyə çağırıb.
"MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək.
Hazırda Milli Şura 19 oktyabr mitinqi ilə ona nail olub ki, Azərbaycanda sərbəst toplaşma azadlığının olmaması və polis zorakılığı artıq bütün dünyanın gündəminə qayıdıb. Həm vaxt vermək, həm də tələb etmək, məqsədyönlü iş aparmaq lazımdır ki, Avropa Birliyi, ABŞ, Avropa Şurası Azərbaycan hakimiyyətilə beynəlxalq öhdəliklərini yerinə yetirməklə bağlı ciddi danışıqlar aparsın”, deyə Həsənli öz Facebook səhifəsində yazıb. 
"AzerTaym.az"
 






Fikirlər