İqbal Ağazadə: “Araz Əlizadənin Azərbaycan xalqına aidiyyəti yoxdur”

Araz Əlizadənin heç bir seçicisi yoxdur və olmayıb. Seçicisi olmadığına görə, mənə müraciət edən də olmayıb”.

 "AzerTaym.az" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında 2015-ci ildə keçirilən parlament seçkilərində deputat Araz Əlizadənin rəqibi olan, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

 İ.Ağazadə qeyd edib ki, A. Əlizadəni nə o, nə də seçici qiymətləndirə bilər: 

Kim ora qoyubsa, o da qiymətləndirsin. Onu mənim yerimə seçməyiblər, təyin ediblər. Araz Əlizadənin nə mənə, nə seçiciyə aidiyyəti var. Ümumi götürəndə isə onun heç Azərbaycan xalqına da aidiyyəti yoxdur. O, deputat nədir, adamlığa belə layiq deyil. Bu adam millətini təhqir edir, xalqını aşağılayır. Azərbaycan xalqına layiq deyil”.
 İ. Ağazadə gələn il parlament seçkiləri üçün namizədliyini yenidən irəli sürəcəyini açıqlayıb: 

 Mən öz seçki dairəmi yaxşı tanıyıram, seçicilərim məni tanıyır, həmişə mənə səs veriblər. Əlbəttə, gələn il namizədliyimi verəcəm. Məgər, mən 2015-də Araz Əlizadəyə uduzmuşam ki? Mən onda da seçkini qazanmışam. Seçicilərim mənə səs verib. Protokolumu dairə və məntəqələr möhürləyib, hamısı təqdim edib. Daha nə olmalı idi? Qalanını onu ora göndərənlər bilsin. Görünür, Azərbaycana münasibətinin o şəkildə olması kimlərinsə mənafeyinə uyğundur. Araz Əlizadə də orada kiminsə mənafeyini müdafiə edir”.






Fikirlər