"Azərbaycan Dövlətinə, Xalqına, Prezidentinə bundan artıq TƏHQİR ola bilməzdi!" — Aslan İsmayılov
Bütün dünya erməniləri Ata Abdullayevin şəkillərini (insanları sürüdüyü yerdə, İlham Əliyevlə) bu başlıqla paylaşırlar: İkincisi, bu şəkillərlə bütün dünyaya Ata Abdullayevin dinc nümayişçilərə divan tutan və İlham Əliyevə yaxın bir şəxs olduğunu göstərdilər.
"Milanda ermənilərin toplaşdığı kilsəyə girərək Ermənistan Baş naziri Nikol Paşinyana Qarabağ barədə sual verən Azərbaycanlı bərədə".
Azərbaycan Dövlətinə, Xalqına, Prezidentinə bundan artıq təhqir ola bilməzdi!
Birincisi, bu görüşü təşkil edənlər Paşinyana, Xocalı soyqırımının ermənilərə heç bir aidiyyatının olmadığını, Azərbaycanın keçmiş Prezidenti Ayaz Mütəllibovun dili ilə Xocalını azərbaycanlıların özlərinin hakimiyyət davasına görə törədiklərini, deməsi üçün şərait yaratdılar.
Üçüncüsü, illərdir təkrarladıqları “Azərbaycanlılar vəhşidirlər, ona görə də ermənilər onlarla bir Dövlətdə yaşaya bilməzlər” fikrini bir daha dünya ictimaiyyətinə yeritdilər.
P.S. Çingiz Mustafayevlə başlayan Qarabağ uğrunda informasiya müharibəmiz Ata Abdullayevlə bitdi...