"Qalatasaray"ın əfsanəsi Xocalını UNUTMADI
Türkiyə millisinin və "Qalatasaray"ın əfsanəvi futbolçusu Bülent Kokrmaz Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Goal.az xəbər verir ki, "Bakı"nın sabiq baş məşqçisi Xocalı soyqırımını unutmadağını bildirib. "İlk olaraq insan olmalıyıq, qardaş olmalıyıq, acılarımızı paylaşmalıyıq. Azərbaycan xalqının çəkdiyi acıları unutmamışıq və unutmayacağıq. Uşaqlarımızı, bacılarımızı, yaşlılarımızı və gənclərimizi itirdiyimiz günü mən də unutmadım və heç vaxt unutmayacam. Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm, Allahdan səbr diləyirəm. Dualarım sizinlədir..." Bülent Korkmaz 2009/10 mövsümündə "Bakı"nın baş məşqçisi vəzifəsində çalışıb.