"Ata Abdullayev eybəcər addımı ilə sahibinə ayı xidməti etmiş oldu" — Lavrova sual vermiş azərbaycanlı jurnalistin MƏQALƏSİ

Ata olayı” ədəbsizliyin ən üst ya da dibin ən alt qatıdır. Ata illər uzunu aparılan media siyasətinin fəsadıdır. Bu olay ölkədə intellektual jurnalistikanın lazım olmadığına işarədir. Ümumiyyətlə, ciddi jurnalistikaya hakimiyyət zəif olanda ehtiyac duyulur. Yəqin ki, perestroykanın öndərlərini xatırlayırsınız. Əlbəttə ki, siyasi jurnalistlər və publisistlər. Niyə? Çünki dövlətin icraedici orqanı zəifləmişdi. Gedən siyasi prosesi anladanlar isə ancaq fədakar jurnalistlər idi. 

Əbəs yerə 90-cı illəri jurnalistikanın "qızıl dövrü" adlandırmırlar. Tarixçilər Venediktov və Kara Murzanın Moskvada, həkim Çingiz Mustafayevin Bakıda jurnalistikaya gəlişinə də səbəb sosial transformasiyalar idi. 

Ata Abdullayev kimiləri, sözü – sözə düzməkdən başqa heç nəyə yaramayan mirzə troll ordusunu yaradan “mütəxəssislər”lə  vidalaşmağın vaxtı çatıb. Çünki Ata Abdullayev tipli olaylar birbaşa dövlətin reytinqini aşağı salır. 

Artıq ölkədə sovet dönəmini görməyən gənclik formalaşıb və onlara sovet tipli media siyasətilə dövləti təbliğ etmək olmaz. Orta statistik vətəndaşın bildiyi ucuz stereotiplərin təkrarı, standart reaksiyaya səbəb standart üsullarla spekulyasiya, hind filmlərində olduğu kimi sentimental hisslərə səbəb olan fəndlərdən istifadə jurnalistikada ədəbsizlik adlanır.  

Konkretliyə varsaq, deməliyəm ki, Ata Abdullayev həmin eybəcər addımı ilə sahibinə ayı xidməti etmiş oldu. Onun idarə olunması isə sirr deyil. Bütün dünya kilsədə ucuz Ata Abdullayev şousu fonunda “tolerant” erməni icmasını gördü. 

Image result for Анар Гасанов Лавров

Bəxtiyar Hacıyevin Nikol Paşınyanı nokdauna salmasından sonra, erməni baş nazir Ata Abdullayevi nokauta salmaqla hesabda irəli çıxdı. Rüsvayçı mövqeyilə ilə Ata Abdullayev erməni baş nazirinə tribuna vermiş oldu. 

Ümumiyyətlə, Ata Abdullayevin bu cür məsuliyyətsiz hərəkətləri cəzasızlığın nəticəsidir. Sülh naminə platformasındakı rüsvayçılıq, şər-böhtanla jurnalistikanı səhv salan bəsitlərə, reketlərə yaradılan şərait, ölkə hüdudlarından kənara göndərilən müxbirlərin xarici dil səviyyələri və digər keyfiyyətlərilə ümumiyyətlə eksporta yaramazlığı - , bir sözlə, problemlər çoxdur və bu problemlərin kökündə zövqsüz, mütaliəsiz, qeyri peşəkar və sovet təfəkkürlü şəxslər durur ki, dövlətin islahat yolu yəqin ki, bu sahəni də qaydaya salacaq.  

Anar Həsənov

Filologiya elmləri namizədi, tanınmış jurnalist






Fikirlər