“AXC mənşəli şəxslər yeni komandada olmayacaq”

“AXC mənşəli şəxslər yeni komandada olmayacaq”

“Prezident İlham Əliyev son çıxışlarında AXC-Müsavat hakimiyyəti dövrünə tez-tez geri qayıdır, o hakimiyyətin bütün qüsurlarını bütün rəhbər kadrlarını kəskin qınayır. O hiss edilir ki, yeni dönəmdə iqtidar lideri-iqtidar, müxalifətin əski 90-cı illər klassik hissəsi ilə heç bir dialoq və mübadiləni lazımlı, əhəmiyyətli hesab etmir”.

“AzerTaym.az" yeni Sabah-a istinadən xəbər verir ki, bunu siyasi şərhçi İlqar Altay deyib. O, bildirib ki, prezident demək olar ki, ucdantutma,  hamısını bir arada tənqid hədəfinə gətirib:

“Bu cür çıxışları İlham Əliyev təxminən "Valday" forumundan sonra, hər yığıncaqda dönə-dönə, intensiv və təkidli olaraq edir. Buna görə də bu, düşünürəm ki, heç də, təsadüfi və boş yerə də deyil. Burada nəsə yeni geniş strateji plan hiss olunur. 

Və bu plandasa səhv etmirəmsə cəbhə hakimiyyəti kökənli siyasilər nəinki yer almırlar, hətta, onlarla xudafizləşmə planları hesablanır.

Və buna reaksiyalardan o da hiss olunur ki, bu dönəmdə iqtidarla əməkdaşlığa köklənmiş və islahatlar elan ediləndən ruhlanmış, əski AXC mənşəli bəzi siyasətçilər də, ümidlərini kəsib iqtidara qarşı əski cəbhə xəttinə geri çəkildilər.

Belə çıxır ki, iqtidar yeni dönəmdə sonrakı, yəni 2000-ci ildən sonra yaranmış, Cəbhə-Musavat hakimiyyəti ilə əlaqəsiz siyasi müxalifətlə, yəni yeni müxalifətlə siyasi mübadilə, əməkdaşlığa getmək, onları tanımaq fikrindədir. Bu yəqin ki, növbəti parlament seçkilərinə hazırlıqla da, bir bağlılığı olan plandır və növbəti parlamentdəki tərkibdə də müxalifətin yer almasında görünər.

Belə çıxır ki, iqtidar islahatı nəinki öz sırasında və həm də siyasi müxalifətdə də, hətta, ictimai sektorda da görməyi planlaşdırır”.






Fikirlər